Adaptiv cüdoçular Bakıda dünya çempionatında bacarıqlarını nümayiş etdirdilər FOTO
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvləri Bakıda keçirilən dünya çempionatı çərçivəsində xüsusi nümayiş proqramı təqdim ediblər.
İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında tatamiyə çıxan iştirakçılar məşqlər zamanı qazandıqları bacarıqları tamaşaçılar qarşısında nümayiş etdiriblər.
Adaptiv cüdo müxtəlif fiziki və funksional imkanlara malik şəxslərin bu idman növü ilə təhlükəsiz və əlçatan şəkildə məşğul olmasına şərait yaradır.
İştirakçıların fərdi xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilən məşqlər onların fiziki inkişafına, koordinasiyasına, özünəinamının artırılmasına və sosial inteqrasiyasına töhfə verməyi hədəfləyir.
Dünya çempionatı çərçivəsində keçirilən nümayiş adaptiv cüdonun inklüziv idman mühitindəki əhəmiyyətini diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 09 Oktyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















