Icma.az
close
up
RU
ADAU da 1 Noyabrla bağlı tədbir keçirildi FOTOLAR

ADAU da 1 Noyabrla bağlı tədbir keçirildi FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ölkənin aparıcı qida sənayesi şirkətlərindən olan “AzərSun Holding”in birgə təşkilatçılığı ilə 1 Noyabr – Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
"Unikal"
xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov ölkəmizdə kənd təsərrüfatı sahəsinə göstərilən dövlət qayğısından, Azərbaycan Dövlət Aqrar Universitetinin aqrar sahə üçün peşəkar və istedadlı kadrların hazırlanmasında oynadığı mühüm roldan danışıb. O, xalqımızın torpağa bağlılığını, Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa və dirçəliş işlərini xüsusi vurğulayıb, kənd təsərrüfatı sahəsində fədakar fəaliyyət göstərən müəllim və mütəxəssislərə təşəkkürünü bildirib.
Tədbirdə “Azərsun Holdinq”in Kənd Təsərrüfatı müəssisə direktoru Rüstəm Rüstəmov, ADAU məzunu, holdinqin baytar-həkimi Rəhim Məmmədov, eləcə də “Agrodairy” MMC-nin baş aqronomu Nizami Kazımov çıxış edərək kənd təsərrüfatı sahəsinin ölkə iqtisadiyyatındakı əhəmiyyətindən, bu sahəyə olan diqqət və şəxsi təcrübələrindən danışıblar.
Tədbir universitetin yaradıcı kollektivinin hazırladığı bədii proqramla davam edib. Tələbələrin ifasında “Üzüm rəqsi", “Kəndimiz”, “Pambıqçı qız” mahnıları və rəqs nömrələri təqdim edilib.
“AzərSun Holding”in İşə Qəbul departamentinin əməkdaşı Orxan Yəhyayev çıxışında universitetlə əməkdaşlığın səmərəliliyini vurğulayıb, ADAU məzunlarının holdinqdə uğurlu fəaliyyətindən danışıb. O, gənc, ixtisaslı kadrların şirkətin fəaliyyətində xüsusi yer tutduğunu və bu peşə bayramının aqrar sektorda çalışan hər kəsin əməyinə verilən dəyərin göstəricisi olduğunu qeyd edib.
Həmçinin, şirkətin fəaliyyəti, istehsal sahələri və “Bizim Tarla” markası barədə təqdimat keçirilib. Tədbirin sonunda iştirakçılara holdinqin istehsalı olan məhsullardan ibarət xüsusi hədiyyə paketləri təqdim olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://unikal.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri