Icma.az
close
up
RU
ADAU da baş verən qanunsuzluqların izi ilə

ADAU da baş verən qanunsuzluqların izi ilə

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tələbələr “Hürriyyət”ə şok faktları açıqladılar...

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi tərəfindən “Hürriyyət”in redaksiyasına məktub daxil olub. Universitetdə baş verən və “artıq dözülməz həddə çatan” problemlərlə bağlı yazan tələbələrin müraciətini olduğu kimi dərc edirik:

 “Öncə onu qeyd edək ki, bu, yalnız bizim narazılığımız deyil, həmçinin yüzlərlə tələbənin haqsızlığa, ədalətsizliyə qarşı baş qaldıran etirazıdır. Hazırda ADAU-nun vəziyyəti bir universitetin deyil, məhz şəxsi təsərrüfatın dağıdılması səhnəsini xatırladır.

Təhsil sistemi iflic vəziyyətindədir

Son illər ərzində, xüsusən də rektor Zəfər Qurbanovun dövründə, universitetdə tədrisin keyfiyyəti faktiki olaraq sıfra enib. Sabiq rektor İbrahim Cəfərovun dövrü ilə müqayisədə təhsil 2-3 dəfə aşağı düşüb, dərslər formal şəkildə keçirilir, tələbələr isə real biliklərdən məhrumdur. Fundamental fənlər bir semestrə sığdırılır, tələbələr fiziki və zehni olaraq yüklənərək, təhsil almaq imkanlarından məhrum edilirlər. Baytarlıq kimi praktiki biliklər tələb edən bir sahədə isə heç bir praktiki məşğələ keçirilmir, laboratoriyalar isə demək olar ki, işləmir. Bu vəziyyət ADAU-nun gələcəyini ciddi şəkildə sual altına alır.

Universitet təsərrüfatı dağıdılıb, tədrisin əsasını təşkil edən heyvanlar yoxdur

İbrahim Cəfərovun dövründə universitetin təsərrüfatında 60-dan çox iribuynuzlu, 200-dən çox xırdabuynuzlu heyvan var idi. Lakin hazırda yalnız 7-8 iribuynuzlu, 40–45 xırdabuynuzlu heyvan qalıb, digərləri satılıb və vəsait mənimsənilib. Baytarlığın Vivariumuna isə 2 iribuynuzlu və 2 xırdabuynuzlu (qoca, xəstə yararsız) heyvan veriblər. Bu vəziyyət isə tələbələrin praktiki təcrübə əldə etmələrinin qarşısını alır. Baytarlıq fakültəsi tələbələrinin praktiki biliklərdən məhrum olması, Azərbaycanın baytarlıq xidmətinin gələcəyini təhlükə altına alır.

Kənd Təsərrüfatı Nazirliyi passivdir, şikayətlərə heç bir cavab verilmir

Tələbələr dəfələrlə universitet rəhbərliyinə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə dəfələrlə məlumat vermişik, ərizə yazaraq müraciət etmişik, amma heç bir müvafiq tədbir görülmür. Nazirlik bizə boş vədlər verməkdənsə, konkret addımlar atmır. Nazirlikdən gələn cavablar ya saxtalaşdırılır, ya da məsələnin miqyasını kiçiltmək məqsədilə yanlış məlumatlar təqdim edilir. Şikayət edən tələbələrə təzyiq edilir və şikayətlərin rəsmi şəkildə irəliləməsinin qarşısı alınır.

Nazirlikdən universitetimizə nümayəndələr gəlib tələbələrlə  görüş keçirilmir. Universitetə nazirlik əməkdaşları gəldikdə bəzi seçilmiş tələbələrlə nazir müavini, şöbə müdiri və s. görüşür. O tələbələr də universitetdə olan problemləri söyləmir, ancaq universitet rəhbərliyini tərifləmək üçün rəhbərlik tərəfindən görüşə icazə verilir.

Yataqxana şəraiti dözülməzdir, tələbələrin ləyaqəti tapdanır

Yataqxana şəraiti, içməli suyun pulla satılması, işıqlandırma və internetin bərbad vəziyyətdə olması tələbələrin təhlükəsizliyini təhdid edir. Liftlərin işləməməsi və suyun 6-cı və 7-ci mərtəbələrə əl ilə daşınması tələbələrin tez-tez qarşılaşdığı dözülməz bir vəziyyətdir. Gecə saatlarında yataqxana tamamilə qaranlıq olur və bu da əlavə təhlükə yaradır. Sərbəst dolaşan sahibsiz itlər tələbələrin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Heç bir müvafiq qurum isə bu məsələyə müdaxilə etmir.

Təcrübə üçün nəqliyyat xətləri ayrılmır, pul mənimsənilir

Təcrübə üçün ətraf rayonlara gedən tələbələrə ayrılan nəqliyyat xətləri ya işləmir, ya da bu xətlərin pulu mənimsənilir. Tələbələr öz xərcləri ilə nəqliyyat tapmağa məcbur qalır, lakin bu xərclərdən heç bir şəffaflıq təmin edilmir.

Bundan əlavə, müxtəlif vəzifələrə qanunsuz təyinat – ixtisasına uyğun olmayan şəxslərə müxtəlif kafedralarda iş (vəzifə ) verilir.

Fakultələrdə bir çox otaqlarda stol və avadanlıqlar yoxdur, otaqlar boş haldadır.

Mart ayının 6-da Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva Gəncə şəhərinə səfər etdi və Gəncə əhalisi ilə görüş keçirdi. Bu görüşə də Aqrar Universitetdən özlərini təriflətdirmək üçün 4 nəfər müəllimin qatılmasına icazə verdilər. Bu müəllimlərdən biri rüşvətə görə 2009-2010-cu illərdə tələbə tərəfindən bıçaqlanmış Məhərrəm Hüseynovdur. Halbuki, universitetdə çox obyektiv, vətənini, millətini sevən, dövlətin, xalqın yaxşılığı üçün əlindən gələni edən o qədər  müəllim, o cümlədən tələbə var ki, onların vəzifəli şəxslərlə görüşməsinə icazə verilmir.

Mətbəənin yerini dəyişib, 250 min manata yaxın pul siliblər

Universitetdə 2004-2005-ci illərdə qurulmuş mətbəəni yenidən qurmaq adi ilə yerini dəyişdirib, bu iş üçün 250 min manata yaxın pul siliblər. Halbuki, heç bir avadanlıq dəyişilməyib, sadəcə bir binadan başqa bir binaya köçürüblər.

Bu baxımdan, əminliklə deyə bilərik ki, Azərbaycan Dövlət Aqrar Universitetində təhsil artıq yalnız rəsmi formallıqdan ibarətdir və bu vəziyyət təcili olaraq dəyişdirilməlidir. Tələbələrin haqları kobud şəkildə pozulur və bu vəziyyət davam edərsə, ADAU-dan məzun olan tələbələr peşəkar baytar həkimi və mütəxəssis olarak yetişə bilməyəcəklər. Bu baxımdan, tələb edirik ki:

1. Tədris sisteminin dərhal yenidən qurulması, tələbələrə real biliklər verilməsi və dərs yükünün düzgün bölünməsi təmin edilsin.

2. Heyvan təminatının bərpa edilməsi, universitet təsərrüfatında baş verən oğurluq və mənimsəmələr araşdırılsın.

3. Yataqxana şəraitinin dərhal yaxşılaşdırılması, su, internet və işıq məsələlərinin həlli üçün təcili tədbirlər görülsün.

4. Sahibsiz itlərin problemi həll edilsin və tələbələrin təhlükəsizliyi təmin olunsun.

Bu məsələyə dərhal müdaxilə olunmasını və tələbələrin hüquqlarının qorunmasını xahiş edirik. Əks halda, əlimizdə olan bütün vasitələrlə hüquqlarımızı müdafiə etməyə davam edəcəyik”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Mart 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri