Icma.az
close
up
RU
ADAU da “Məzun günü”

ADAU da “Məzun günü”

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

2025 - 2026-cı tədris ilinin məzunlarına həsr olunan möhtəşəm “Məzun günü” Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) böyük təntənə ilə qeyd olunub. Gəncə İdman Sarayında təşkil olunan tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ictimai xadimlər, universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, məzunlar və onların valideynləri iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra Dövlət Himni səsləndirilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin  rektoru Zəfər Qurbanov çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, universitetdən məzun olmaq yalnız bir təhsil mərhələsinin tamamlanması deyil, eyni zamanda cəmiyyət və dövlət qarşısında yeni məsuliyyətlərin başlanğıcıdır. O, Azərbaycan Dövlət Aqrar Universitetində əldə olunan bilik və bacarıqların məzunların peşəkar fəaliyyətində mühüm rol oynayacağına əminliyini ifadə edib, gənclərin ölkənin aqrar sektorunun inkişafına, ərzaq təhlükəsizliyinin təmin olunmasına və Azərbaycanın gələcək tərəqqisinə layiqli töhfələr verəcəklərinə inandığını bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında məzunları təbrik edərək gənclərin bilikli, vətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşmasının ölkənin gələcək inkişafının əsas təminatlarından biri olduğunu qeyd edib. O, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onların əldə etdikləri bilik və təcrübəni Azərbaycanın tərəqqisi naminə uğurla tətbiq edəcəklərinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli aqrar sahənin ölkə iqtisadiyyatında strateji əhəmiyyət daşıdığını qeyd edərək, ADAU məzunlarının müasir aqrar sektorun inkişafında mühüm rol oynayacaqlarını vurğulayıb, onlara peşə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzu edib.

Nazir müavini bildirib ki, ölkədə aqrar sahənin innovativ yanaşmalar və müasir texnologiyalar əsasında inkişafı məhz yüksək ixtisaslı kadr potensialının formalaşdırılmasından asılıdır. O, məzunların əldə etdikləri bilik və bacarıqları istehsalatda uğurla tətbiq edərək kənd təsərrüfatının daha da inkişafına və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verəcəklərinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Pərvin Kərimzadə, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Nağıyeva, Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri, “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Mürvət Həsənli məzunları təbrik edərək onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb, ADAU-nun ölkənin aqrar sahəsi üçün yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığını qeyd ediblər.

Daha sonra universiteti ən yüksək göstəricilərlə başa vuran məzunlar çıxış ediblər. Aqrar İqtisadiyyat fakültəsinin “Marketinq” ixtisası üzrə məzunu İsmayıl İbrahimov və Baytarlıq təbabəti fakültəsinin “Əczaçılıq” ixtisası üzrə məzunu Şule Özmen Mustafa tələbəlik illərində qazandıqları bilik və təcrübənin onların gələcək peşə fəaliyyətində mühüm rol oynayacağını bildirərək, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər.

Sonra hər bir fakültə üzrə universiteti ən yüksək orta müvəffəqiyyət göstəricisi ilə bitirən məzunlara təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim olunub. Azərbaycan Dövlət Aqrar Universitetini ən yüksək ortalama bal ilə bitirən məzunun adı isə ənənəyə uyğun olaraq universitetin Fəxri Kötüyünə həkk edilib.

Rəsmi hissədən sonra tədbir zəngin konsert proqramı ilə davam edib. Tanınmış müğənnilərin, DJ-lərin və rəqs kollektivlərinin rəngarəng çıxışları məzunlara və qonaqlara unudulmaz anlar yaşadıb.

M.MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyun 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see421

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see271

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see261

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see261

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see257

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see244

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see241

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see239

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see236

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see231

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see230

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see226

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see220

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see220

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see217

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see217

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see210

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see207

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see204

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri