Icma.az
close
up
RU
İşçilər işdən çıxmaq istədiklərini rəhbərliyə əvvəlcədən bildirməlidirlər?

İşçilər işdən çıxmaq istədiklərini rəhbərliyə əvvəlcədən bildirməlidirlər?

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İşçilərin bir qismi mövcud iş yerində çalışır, amma eyni zamanda işini dəyişmək istədiyi üçün iş axtarışında olur. Əksər hallarda bu proses nə iş yoldaşları, nə də rəhbərliklə açıq şəkildə paylaşılmır. İşçi yalnız yeni iş yeri ilə razılıq əldə etdikdən sonra işdən çıxmaq niyyətini açıqlayır. Bu yanaşma bəzi rəhbərlər tərəfindən müsbət qarşılanmır. Digər tərəfdən, erkən xəbərdarlığın risklər yaratdığını düşünən işçilər də az deyil. İşdən çıxmaq fikri formalaşdıqda rəhbərliyi əvvəlcədən məlumatlandırmaq lazımdır, yoxsa qərar tam dəqiqləşdikdən sonra bildirmək daha doğrudur? Qanunvericilik bu barədə nə deyir?
Demokrat.az xəbər verir ki, İnsan resursları üzrə menecer, əmək və sosial münasibətlər üzrə ekspert Leyla Əsədullayeva Valyuta.az-a bildirib ki, bir işçinin mövcud iş yerində çalışdığı halda paralel şəkildə yeni iş axtarması və bunu işəgötürənlə bölüşməməsi hər zaman etik baxımdan birmənalı qarşılanmaya bilər: “Əgər şirkətdə motivasiya proqramları mövcuddursa, daxili qaydalar və nizam-intizam sistemi işləkdirsə, işə qəbuldan başlayaraq işçinin fəaliyyəti boyunca mütəmadi müsahibələr keçirilirsə, işçi bağlılığı və rifahı nəzərə alınırsa, eyni zamanda təhlükəsiz və açıq iş mühiti formalaşdırılıbsa, bu halda işçinin səssiz şəkildə iş axtarması rəhbərlik və HR tərəfindən riskli addım kimi qiymətləndirilə bilər. Belə şəraitdə işçi etibar mühitində çalışırsa və işdən çıxmaq niyyətinə görə “xəyanətkar” və ya “etibarsız” damğası vurulmayacağına əmindirsə, etik baxımdan işdən çıxmaq fikrini açıq rəhbərinə əvvəlcədən bildirməsi tövsiyə olunur”.
Ekspert deyir ki, bu gün iş mühitində müxtəlif təqdimatlar, görüşlər, müsahibələr və gündəlik iş prosesində ortaya çıxan məqamlar işçinin işindən razı olub-olmamasını açıq şəkildə göstərir: “İşçi iş axtarırsa, bu artıq onun mövcud işindən məmnun olmadığını göstərir. Bu anda sual yaranır ki, işçinin məmnuniyyəti necə təmin edilə bilər və onu iş yerində nə saxlaya bilər?”
Onun fikrincə, əgər işçiyə investisiya qoyulubsa, şəxsi inkişaf planı və karyera proqramları mövcuddursa, şirkət bu işçini itirməməyə çalışmalıdır: “Lakin inkişaf imkanları yoxdursa, işçi öyrənmirsə və irəliləyiş görmürsə, işdən ayrılma qaçılmaz olur. Digər tərəfdən, bəzi hallarda işçilər erkən xəbərdarlığın risklər yaradacağından ehtiyat edirlər. Məsələn, işdən çıxmaq istədiyini bildirdikdən sonra iş tapana qədər işdən azad edilə biləcəyi, digər şirkətlərə onun haqqında mənfi referans veriləcəyi və ya inkişafının süni şəkildə əngəllənəcəyi qorxusu mövcuddur. Bu kimi risklər varsa, işçinin səssiz qalması daha çox özünüqoruma instinkti ilə bağlıdır”.
Ekspert vurğulayır ki, əgər bu risklər mövcud deyilsə və şirkətdə sağlam, şəffaf və stresssiz iş mühiti formalaşdırılıbsa, etik baxımdan işçinin işdən çıxmaq niyyətini əvvəlcədən bildirməsi daha doğru yanaşmadır.
Qanunvericilik tərəfinə gəldikdə isə, ekspert xatırladır ki, Əmək Məcəlləsi bu məsələdə yalnız bir əsas tələbi qanuniləşdirir. “İşçi işdən çıxmazdan ən azı bir ay əvvəl yazılı xəbərdarlıq ərizəsi təqdim etməlidir. Əgər işdən çıxma səbəbi təcili hallarla - xaricə köçmə, təhsil və ya digər əsaslı səbərlə bağlıdırsa, bu müddət qısaldıla bilər. Əks halda işəgötürən işçini bir aydan əvvəl buraxmamaq hüququna malikdir. Eyni zamanda, işəgötürən də xəbərdarlıq ərizəsi təqdim edildikdən sonra işçini maksimum bir ay müddətində işdə saxlaya bilər. Praktikada isə əksər hallarda işçilər əvvəlcə yeni iş tapır, daha sonra mövcud iş yerinə rəsmi müraciət edirlər. Digər şirkətlər də bu qanuni müddəti bildikləri üçün işçini gözləyir və bu səbəbdən bəzi vakansiyaların müraciət müddəti daha uzun müəyyən olunur”.
Ekspert yekun olaraq qeyd edir ki, məsələnin əsas açarı etikadır: “İşəgötürən, HR rəhbərliyi və şöbə rəhbərləri nə qədər sağlam iş mühiti yarada bilirsə, açıq kommunikasiya, qarşılıqlı etibar və qorxuya əsaslanmayan münasibətlər formalaşdırılırsa, işçinin işdən çıxmaq niyyətini əvvəlcədən bildirməsi etik çərçivədə tövsiyə olunan addım hesab edilə bilər".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Yanvar 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri