Icma.az
close
up
RU
Adəm Məmmədovun məhkəmə iddiası təmin olunmadı: Vəkil dilemma qarşısında… KONKRET

Adəm Məmmədovun məhkəmə iddiası təmin olunmadı: Vəkil dilemma qarşısında… KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlum olduğu kimi KONKRET.az-ın redaksiyasına müraciət edən bir qrup vətəndaş (Şirin Abbasov, Daşqın Həsənov, Şövkət Azayeva, Eldəniz Verdiyev) vəkil Adəm Məmmədovun fəaliyyəti ilə bağlı müxtəlif iddialar səsləndirib.

İddialarda Adəm Məmmədovun həmin şəxslərdən məhkəmə işlərini həll etmək adı ilə külli miqdarda pul aldığı əks olunub. İddiaçılardan bəziləri sonradan müxtəlif dövlət qurumlarına şikayət edərək pullarını qaytarmağa nail olduqlarını bildirsələr də, digərləri hələ də Adəm Məmmədovun onlara vurduğu maddi zərəri geri almadıqlarını deyirlər.

Təbii ki, KONKRET.az informasiya portalı olaraq bütün bu vətəndaş şikayətlərini, eləcə də səsləndirilən iddiaları dinləyərək ictimailəşdirməyi özümüzün peşə borcu bilmişik. Ancaq eyni zamanda jurnalist etikasını, peşə kodeksini və “Media Haqqında Qanun”un müvafiq maddələrini rəhbər tutaraq iddialarla bağlı dəfələrlə Adəm Məmmədovla əlaqə saxlayıb onun qarşı tərəf kimi mövqeyini tanımağa və işıqlandırmağa çalışmışıq. Ancaq Adəm Məmmədov birmənalı şəkildə açıqlama verməyəcəyini, iddiaların əsassız və sifarişli olduğunu bildirib, yazıların silinməsini tələb edib. Qısacası, Adəm Məmmədov cavab haqqından istifadə etmək istəməyib və mövqe sərgiləməkdən bilmədiyimiz hansısa səbəblərə görə çəkinib. Ancaq biz yenə də peşəkarlığımızı qoruyaraq onun cavab vermək istəmədiyini, iddiaların əsassız olduğu haqda dediyi sözləri hazırladığımız məqalələrdə yazmışıq.

Əvəzində isə hörmətli vəkil Adəm Məmmədov onun haqqında iddialar səsləndirən şəxsləri yox, bizi məhkəmə ilə hədələyib və sonda həm mülki, həm də guya “şərəf və ləyaqətini alçaldan” məlumatlar yaydığımız üçün xüsusi ittiham qaydasında bizi məhkəməyə verib. Ancaq belə bir el deyimi var: “Sən saydığını say, gör fələk nə sayır”. Təbii ki, hüquqi və demokratik dövlətdə yaşadığımız üçün ərazi üzrə Abşeron Rayon Məhkəməsi Adəm Məmmədovun xüsusi ittiham qaydasında qaldırdığı iddianı təmin etməyib. Adəm Məmmədov isə bununla razılaşmayaraq Apellyasiya Məhkəməsinə müraciət edəcəyini bildirib. Əlbəttə, bu, onun müstəsna hüququdur. Biz isə ölkədə qanunun aliliyinə, haqq-ədalətə və məhkəmə-hüquq sisteminin aliliyinə güvənirik. Şübhə etmirik ki, mülki qaydada verilən iddialar da təmin olunmayacaq və ya ədalətli qərar qəbul ediləcək. Eyni zamanda vətəndaş Şirin Abbasov Adəm Məmmədov haqqında Binəqədi Rayon Prokurorluğuna şikayət ünvanıadığını bildirib. Biz isə media qurumu olaraq vətəndaşın şikayəti ilə bağlı prosesin necə getdiyini öyrənmək üçün Baş Prokurorluğa sorğu göndərmişik. Yəqin ki, yaxın vaxtlarda sorğumuza cavab veriləcək və biz də bununla bağlı məsələni işıqlandıracağıq.

Adəm Məmmədov haqqında isə iddiaların ardı-arası kəsilmir. Hörmətli vəkil bu iddiaların əsassız olduğunu sübuta yetirmək, cəmiyyətdə sarsılan nüfuzunu bərpa etməyə çalışmaq əvəzinə vətəndaş şikayətlərini işıqlandırdığı üçün media orqanını məhkəməyə verir. Ümid edirik ki, Adəm Məmmədov insanların ona son ümid yeri kimi baxdığını, güvəndiyini və min bir zəhmətlə qazandığı pulu verdiyini anlayacaq. Çünki səhvlərlə yaşamaq yox, onlardan nəticə çıxarmaq əsl müdriklikdir.

Müşviq Tofiqoğlu, 

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Fevral 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see182

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri