Icma.az
close
up
RU
ADEX də yeni rekord: 5 ci pavilyon ilk dəfə istifadəyə verilir

ADEX də yeni rekord: 5 ci pavilyon ilk dəfə istifadəyə verilir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Müdafiə sənayesi sahəsinin ən mötəbər beynəlxalq tədbiri, Qafqaz regionunun bu sahə üzrə ən böyük ixtisaslaşmış sərgisi və hərbi-texniki əməkdaşlığın əsas platformalarından olan ADEX – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi 30 sentyabr – 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Təşkil olunduğu ilk illərdən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ADEX-i ziyarət edərək yaxından tanış olması, tədbirin iştirakçıları və qonaqlarına salamlama məktubu ünvanlaması sərgiyə dövlət səviyyəsində yüksək diqqətin təzahürüdür. Bu, sərgiyə böyük etimadı nümayiş etdirməklə yanaşı, onun Azərbaycanın beynəlxalq nüfuza malik milli brendi statusunu təsdiqləyir. 

ADEX Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir. 

Azərbaycanın milli brendi olan ADEX tarixində ilk dəfə olaraq bu il Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək. Sərgi üçün rekord hesab edilən bu mühüm yenilik ADEX-in artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Beşinci pavilyonun fəaliyyətə başlaması sadəcə ekspozisiya sahəsinin genişləndirilməsi deyil, ADEX-in ildən-ilə artan nüfuzunun, beynəlxalq müdafiə sənayesində möhkəmlənən mövqeyinin və ona göstərilən böyük marağın əyani ifadəsidir. 

Yeni ölkələrin və dünyanın tanınmış müdafiə sənayesi şirkətlərinin sərgiyə qoşulması, ənənəvi iştirakçıların isə ADEX-də təmsilçiliklərini davam etdirməsi sərginin miqyasındakı rekord genişlənməni şərtləndirən əsas amillərdir. 

İndiyədək dünyanın 20-dən çox ölkəsindən 200-dən artıq şirkətin ADEX 2026-da iştirakını təsdiqləməsi sərgiyə olan beynəlxalq marağı aydın şəkildə ortaya qoyur. Bu il ABŞ-nin ADEX 2026-da fəal iştirakı xüsusi diqqət çəkir. Belə ki, ABŞ-nin “SIG SAUER” və “Lockheed Martin” kimi nüfuzlu şirkətləri ADEX-də debüt edəcək. Böyük Britaniya və Almaniya ilk dəfə olaraq ADEX 2026-nın iştirakçı ölkələri sırasına qoşulacaq. Almaniyanı sərgidə nüfuzlu “Rheinmetall” şirkəti təmsil edəcək. Bütün bunlar ADEX-in beynəlxalq iştirak coğrafiyasının və nüfuzlu tərəfdaşlar dairəsinin genişlənməsinin bariz göstəricisidir. 

Türkiyədən ADEX 2026-nın Baş sponsoru qismində çıxış edən “ROKETSAN”, həmçinin “ASELSAN Elektronik San. ve Tic. A.Ş.”, “BAYKAR”, “Turkish Aerospace Industries” (TAI) və “HAVELSAN Elektronik San. ve Tic. A.Ş.”, İtaliyadan “Leonardo”, Çexiyadan “Excalibur Army SPOL S.R.O”, Birləşmiş Ərəb Əmirliklərindən “EDGE Group” və İspaniyadan “INDRA” ADEX-in ənənəvi beynəlxalq iştirakçıları arasında yer alır. 

Fərdi şirkətlərlə yanaşı, bir sıra ölkələr ADEX 2026-da milli qruplar şəklində iştirak edəcəklər. Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya əvvəlki illərdə olduğu kimi, bu il də milli ekspozisiyalarla təmsil olunaraq müdafiə sənayesi sahəsində məhsul və texnoloji həllərini nümayiş etdirəcəklər.

Azərbaycanın müdafiə-sənaye kompleksinin gücü və texnoloji potensialı ADEX 2026-da beynəlxalq auditoriyaya geniş şəkildə təqdim olunacaq. Belə ki, ADEX 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə olaraq milli ekspozisiyaya ayrılmasıdır. Pavilyonda Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən qurum və şirkətlər yer alacaq. Milli pavilyonda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Azərbaycan Respublikasının Kosmik Agentliyi — “Azərkosmos”, “Rynex Solutions” MMC, “Synapline Technologies”, “Vektor DS”, “Miras Military Industrial Company” LLC, “ITX MOTORS”, Milli Müdafiə Universiteti, “RD Smart” ASC, “Az-Tex-Import” LLC, “AZEL Systems” və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi təmsil olunacaq.  

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə birgə stendlə təmsil olunacaq. Burada mövcud istehsal və texnoloji imkanlar, eləcə də ən son yeniliklər nümayiş etdiriləcək. Azərbaycan Respublikası Müdafiə Nazirliyi də sərgidə ayrıca stendlə iştirak edərək fəaliyyət istiqamətlərini və imkanlarını təqdim edəcək. 

ADEX sərgisinə artan beynəlxalq maraq yalnız iştirakçı şirkətlərin sayında deyil, rəsmi nümayəndə heyətlərinin iştirakında da özünü göstərir. İndiyədək 26 ölkədən 32 rəsmi nümayəndə heyəti sərgidə iştirakını artıq təsdiqləyib. Müxtəlif ölkələri təmsil edən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı sərgi çərçivəsində ikitərəfli görüşlərin keçirilməsinə, müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsinə və yeni əlaqələrin qurulmasına şərait yaradacaq. 

ADEX 2026-nın ekspozisiyası müdafiə sənayesinin müxtəlif istiqamətlərini əhatə edəcək. Sərgidə aviasiya və pilotsuz sistemlər, radioelektron mübarizə vasitələri, C4ISR texnologiyaları, müasir silah-sursat və hərbi texnika nümunələri nümayiş etdiriləcək. 

Bu istiqamətlərin eyni sərgi məkanında təqdim olunması ADEX-in yalnız ayrı-ayrı məhsulların nümayişi ilə məhdudlaşmadığını göstərir. Sərgi müasir müdafiə sənayesinin müxtəlif texnoloji sahələrini bir araya gətirən geniş ekspozisiya formalaşdırır.

ADEX 2026 ilə paralel olaraq Bakı Ekspo Mərkəzində 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi – “Securex Caspian” keçiriləcək.

“Securex Caspian” Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının dəstəyi ilə təşkil olunur.

Bu il miqyası əvvəlki illərlə müqayisədə daha da genişlənən “Securex Caspian” sərgisində kibertəhlükəsizlik sektoru diqqət mərkəzində olacaq. Bu istiqamətdə ən son texnologiyalar, innovativ həllər və qabaqcıl yanaşmalar nümayiş etdiriləcək.

ADEX və “Securex Caspian” sərgilərinin paralel keçirilməsi müdafiə sənayesi ilə daxili təhlükəsizlik istiqamətlərini vahid məkanda birləşdirəcək. Nəticədə müdafiə sənayesi texnologiyaları və hərbi texnika ilə yanaşı, daxili təhlükəsizlik, mühafizə, xilasetmə avadanlıqları və kibertəhlükəsizlik həlləri də təqdim olunacaq.

ADEX 2026 və “Securex Caspian 2026”nın proqramı yalnız ekspozisiyadan ibarət olmayacaq. Sərgilərdə iştirakçı və ziyarətçilərə müdafiə sənayesi, daxili təhlükəsizlik, təhsil və kadr hazırlığı, innovasiyalar və yüksək texnologiyalar üzrə zəngin işgüzar proqram təqdim ediləcək.

Proqram çərçivəsində strateji, akademik, innovasiya, texnologiya, təlim və digər sessiyalar, həmçinin müxtəlif tədbirlər keçiriləcək. Bu tədbirlər peşəkar müzakirələrin aparılmasına və təcrübə mübadiləsinə şərait yaradacaq.

İşgüzar proqramın əsas elementlərindən biri “Gələcəyin Milli Hərbi Sənaye Kompleksi” adlı startap layihəsinin təqdimatı olacaq. Layihənin proqrama daxil edilməsi ADEX-in innovativ təşəbbüslərə və perspektiv texnoloji həllərə dəstək ənənəsinə sadiq qaldığını göstərir.

ADEX 2026 çərçivəsində Azərbaycanın dövlət qurumlarının nümayəndələri, beynəlxalq nümayəndə heyətləri və iştirakçı şirkətlər arasında keçiriləcək ikitərəfli danışıqlar xüsusi əhəmiyyət daşıyacaq. Bu görüşlər yeni işgüzar əlaqələrin qurulmasına, hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və uzunmüddətli strateji tərəfdaşlıqların formalaşdırılmasına imkan yaradacaq.

Sərginin peşəkar istiqaməti nəzərə alınaraq, ADEX 2026-ya giriş yalnız hərbi qulluqçular, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi və müdafiə sənayesində, eləcə də əlaqəli sektorlarda çalışan şəxslər, həmçinin ali hərbi təhsil müəssisələrinin tələbələri üçün açıq olacaq. Kommersiya strukturlarında çalışan şəxslər yalnız 2 oktyabr tarixində şəxsiyyət vəsiqələrini təqdim etməklə sərgini ziyarət edə biləcəklər. 

Beləliklə, Azərbaycanın milli brendi ADEX 2026 artan nüfuzu, ilk dəfə açılacaq 5-ci pavilyonu, genişlənən beynəlxalq coğrafiyası və dünyanın aparıcı müdafiə sənayesi şirkətlərinin iştirakı ilə öz tarixinin ən irimiqyaslı tədbirlərindən biri olmağa hazırlaşır. Bu mötəbər platforma Bakını növbəti dəfə beynəlxalq hərbi-texniki əməkdaşlığın əsas görüş məkanlarından birinə çevirəcək və Azərbaycanın milli brendi kimi qlobal nüfuzunu daha da möhkəmləndirəcək. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri