Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Adil Əliyev bizi çağırıb dedi ki... DSX mayoru davadan DANIŞDI

Adil Əliyev bizi çağırıb dedi ki... DSX mayoru davadan DANIŞDI

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə Bakı şəhərində kikboksçular arasında baş verən dava müzakirə olunur. Belə ki, Paytaxtın Xətai rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq müəllimi, Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edilib. DSX zabitinə hücum edən idmançılar Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar.

Fuad Zeynalov mətbuata açıqlamasında bildirib ki, hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovdur. Onun artıq saxlanıldığı bildirilir.

Hadisə ilə bağlı Kikboksinq Federasiyasında iclas keçirilib. I vitse-prezident Ramal Aslanov tutduğu vəzifədən öz istəyi ilə azad edilib. Bundan əlavə, Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunub. Fuad Zeynalovun isə  məşqçi fəaliyyətinə xitam verilib

Hadisə barədə Modern.az-a danışan Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru Fuad Zeynalov bildirib ki, Federasiyanın qərarına hörmətlə yanaşır.: “İş qaydası olaraq araşdırma getdiyi üçün mənim də fəaliyyətimə xitam verilib. Bu qərara hörmətlə yanaşıram, hər şey yaxşıdır. Heç bir narahatlıq yoxdur”.

F.Zeynalov bildirib ki, Ramal Aslanov tərəfindən onun evinə 2 dəfə hücum edilib:

“Eyni Federasiyada olduğumuz, tanışlığımız olduğu üçün şikayət etməmişdim. Həm də 3-4 il əvvəl münasibətimiz yaxşı olub. Evimə basqın etdi, mən də cavablarını vermək üçün aşağı düşdüm. Mən aşağı düşəndə qaçdılar, arxalarınca çağırdım. Zəng edib dedim ki, nə sözünüz varsa, gəlin, kişi kimi görüşüb həll edək. Bildirdim ki, ədavətin varsa qaçma, görüşək, kişi kimi məsələni həll edək. Ya ölək, ya öldürək, amma problem həll olsun. Bu hadisə 2 dəfə təkrarlandı. Hər dəfə qaçdılar, zəng edib problemin bu şəkildə həll edilə bilməyəcəyini bildirdim. Qapımın döyülməsi məsələsi cəfəngiyatdır, mənim qapımı döyən qələt edir. Deyiblər aşağıdayıq, mən də onları çəkindirmək üçün baltanı götürüb düşmüşəm aşağı. Dəfələrlə bildirmişəm ki, məsələnin həlli bu deyil. Telefonum açıqdır, zəng et hara istəyirsən gəlim. Evimə niyə hücum edirsən?!”

Onun sözlərinə görə, hücum edənlərin məqsədi üzbəüz gəlmək yox, arxadan zərbə endirmək idi:

“Elə ona görə də bu addımı atdılar. Onlar mənim hazırlığımı bildikləri üçün üzbəüz gəlməyə cəsarət edə bilmirdilər. Ramal Aslanovu tapşıranlar, bütün məsələlərə müdaxilə edənlər çoxdur. Əgər o sərbəst buraxılarsa, deməli o adamların tapşırığı ilə olub. O adamların kim olduğunu da yaxşı bilirəm. Bu gün o ya məhkəməyə çıxarılmalı, ya da sərbəst buraxılmalıdır”.

İdman ustası Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevin də məsələyə münasibətinə toxunub:

“Adil Əliyev belə halların yaşanmaması üçün əlindən gələni etdi. Bizi çağırdı, bu məsələnin həll edilməsini bildirdi. Mən öz sözümü tutdum, amma Ramal Aslanov sözünü tutmadı. Ümumiyyətlə evə hücum çəkmək kişiliyə yaraşan hərəkət deyil. Orada da Adil bəy sözünü dedi və bildirdi ki, hər kəs öz işi ilə məşğul olsun. Söz verildi ki, məsələ bitdi. Amma 10-15 gün sonra yenə eyni şeyi etdilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri