Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

Damarları tıxananlar bu qidalardan imtina etsin

Bu qidalar bağırsaq xərçənginin düşmənidir

Miri Yusiflə Aiseldən yeni layihə

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

Hələ də inana bilmirəm

“9990” və “7770” dən gələn zəng təhlükəlidir? RƏSMİ

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Adil Qeybulla: Vicdanlı və ya vicdansız olmaq hüquqi kriteriya deyil

Adil Qeybulla: Vicdanlı və ya vicdansız olmaq hüquqi kriteriya deyil

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

“Hüquqi məsuliyyəti təyin etmək üçün konkret meyarlar olmalıdır”


Milli Məclis tibb işçilərinin işə vicdansız və ya laqeyd münasibəti ilə bağlı cəzaları sərtləşdirir. Tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına görə cərimə tətbiq ediləcək.

Bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək. Qeyd edilib ki, dəyişiklik tibb sahəsində peşə məsuliyyətinin artırılması və pasiyentlərin hüquqlarının daha yaxşı qorunması məqsədi daşıyır. Ekspertlər isə qanunvericilikdə nəzərdə tutulan “vicdansız davranış” anlayışının hüquqi və praktiki cəhətdən dəqiq izah olunmamasına diqqət çəkib. Qeyd edirlər ki, “vicdansız davranış” anlayışı hüquqi baxımdan qeyri-müəyyəndir. Bu da subyektiv yanaşmalara, sui-istifadə hallarına yol aça bilər. Ona görə də qanunvericilikdə bu anlayışın konkretləşdirilməsi vacibdir ki, hüquqi və tibbi şəxslər məsuliyyətlərini və riskləri aydın başa düşsünlər. 


Professor Adil Qeybulla “Sherg.az”ə açıqlamasında bildirib ki, yeni qanun layihəsi pasiyent hüquqlarını qorumaq və tibbi səhlənkarlığa qarşı mübarizə aparmaq baxımından müsbət addımdır: 

“Lakin “vicdansız davranış” kimi anlayışların aydın hüquqi tərifinin verilməsi zəruridir ki, qanunun tətbiqi mübahisəli və ya ədalətsiz hallara səbəb olmasın. Vicdanlı və ya vicdansız olmaq hüquqi kriteriya deyil. Hüquqi məsuliyyəti təyin etmək üçün konkret meyarlar olmalıdır. Bütün dünyada həkimlərin hüquqi məsuliyyəti tibb sahəsində həm hüquqi, həm də etik prinsiplərlə tənzimlənir. Həkim etikası kodeksi, həkimlərin peşəkar fəaliyyətində əsasən etik və peşəkar davranışları müəyyən edir. Bu kodeks, həkimlərin xəstələrinə qarşı etik və peşəkar münasibət göstərməsi üçün təlimatlar verir. Həkim etikası kodeksi, ümumilikdə tibbi professionalların peşə etikası, xəstəyə qayğı və onların hüquqlarını qoruma kimi məsələlərə diqqət yetirir. Həkimlər, tibbi xidmət göstərərkən qanunlara uyğun hərəkət etməli və etik davranışların tələblərinə riayət etməlidirlər. Əgər həkim etik qaydalara əməl etmirsə və ya müalicə prosesində laqeyd yanaşma və ya səhv edərsə, o zaman hüquqi məsuliyyətə cəlb oluna bilər”.


A.Qeybullanın sözlərinə görə, həkimlərin fəaliyyəti üzrə klinik protokolların tətbiqi zəruridir və tibbi xidmətin keyfiyyətinin artırılmasında əsas vasitələrdən biridir. Bu protokol hər hansı bir işin araşdırılması zamanı əsas meyar kimi istifadə edilməlidir: 

“Klinik protokol elmi əsaslara söykənmiş müalicə və diaqnostika standartlarıdır.  Həkimlərin subyektiv yanaşmasını minimuma endirir, tibbi qərarların daha obyektiv və effektiv verilməsinə şərait yaradır. Xəstə təhlükəsizliyi və hüquqlarının qorunmasına xidmət edir, çünki bütün həkimlər üçün eyni klinik çərçivə müəyyən olunur. Hüquqi baxımdan da həkimləri qoruyur, çünki protokola uyğun hərəkət edən həkim, səhv və ya ağır nəticə doğursa belə, hüquqi məsuliyyətdən müəyyən qədər qorunmuş olur. Klinik protokolların hazırlanması və tətbiqi prosesi bütün sahələr üzrə sistemli və müasir tələblərə cavab verən şəkildə həyata keçirilməlidir. Bu protokolların beynəlxalq təcrübəyə və sübutlara əsaslanan təbabət prinsiplərinə uyğun tərtib edilməsinin vacibliyini vurğulayır”.


Həkimin sözlərinə görə, klinik protokolların olması təkcə həkimlər üçün yox, xəstələr üçün də şəffaf və etibarlı tibbi xidmətə çıxışı təmin edir: 

“Protokollara əsaslanan yanaşma həm də səhiyyə sistemində peşəkar məsuliyyətin və hesabatlılığın artırılması baxımından mühüm addımdır. Əgər əməliyyat və ya hansısa bir prosedur zamanı həkim klinik protokoldan kənara çıxıb və bunun nəticəsində xəstə əmək qabiliyyətini itirib vəfat edibsə, ona uyğun hüquqi məsuliyyət tətbiq edilir. Qısası, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da  klinik protokolların tətbiqi  tibbin və səhiyyə sisteminin ayrılmaz tərkib hissəsi olmalı, bu sahədə vahid standartlar yaradılmalı və onların tətbiqi məcburi xarakter daşımalıdır. “Vicdansız davranış” kimi anlayışların qanunvericilikdə əks olunması dünya praktikasından yayınmadır. Əməliyyat zamanı elə situasiyalar, elə ağırlaşmalar yaranır ki, bu, həkimin peşəkarlığına bağlı olmur. Qanunvericilikdə bu nüanslar öz əksini tapmalıdır ki, araşdırma zamanı ədalət təmin olunsun”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 May 2025 06:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see2976

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see257

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see244

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see233

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see219

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see218

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see192

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see192

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see163

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see154

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see153

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see152

Bu qidalar bağırsaq xərçənginin düşmənidir

14 Noyabr 2025 20:08see151

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see149

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see139

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see134

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see132

“9990” və “7770” dən gələn zəng təhlükəlidir? RƏSMİ

14 Noyabr 2025 18:36see128

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see126

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri