Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniya, Gürcüstan, Şimali Makedoniya və Mərakeş müxtəlif cinayət əməllərinə görə axtarışda olan 10 nəfəri Türkiyəyə təhvil verib.
AZƏRTAC xəbər verir ki, Türkiyəyə təhvil verilən şəxslərdən yeddisi İnterpol siyahılarına daxil edilib, üçü isə ölkə daxilində axtarışda olub.
Daxili işlər naziri Ali Yerlikaya cinayətdə şübhəli bilinən şəxslərin əksəriyyətinin Almaniya (4) və Gürcüstan (3) tərəfindən Türkiyəyə təhvil verildiyini bildirib.
Nazir ölkəyə gətirilən şəxslərin fotoşəkillərini sosial mediada paylaşaraq bildirib: “Bu şəxslər narkotik qaçaqmalçılığı, terrorizm, qanunsuz silah saxlama, fırıldaqçılıq, oğurluq və digər cinayətlərdə iştirak etdiklərinə görə axtarışda olublar”.
A.Yerlikaya xaricə qaçmağın cinayətkarların ədalət mühakiməsindən yayınmasına kömək etməyəcəyi ilə bağlı əminlik ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 16 Noyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















