Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Ev apteçkasında tez tez rast gəlinən ən təhlükəli dərmanlar

Ev apteçkasında tez tez rast gəlinən ən təhlükəli dərmanlar

Icma.az, Lent az saytına istinadən bildirir.

Demək olar ki, hər evdə müxtəlif xəstəliklər zamanı istifadə edilən dərmanlar saxlanılır. Lakin həkimlər xəbərdarlıq edirlər ki, gündəlik həyatda geniş istifadə olunan bəzi preparatlar düzgün qəbul edilmədikdə sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Lent.az xəbər verir ki, mütəxəssislər həkim məsləhəti olmadan istifadə edilməsi təhlükəli nəticələrə səbəb ola bilən beş dərman qrupunu açıqlayıblar.

1. Burun tutulmasına qarşı spreylər

Burun tutulmasını aradan qaldırmaq üçün istifadə olunan damar daraldıcı spreylər uzun müddət tətbiq edildikdə ciddi problemlərə səbəb ola bilər. Mütəxəssislər bu cür preparatlardan adətən ardıcıl beş gündən artıq istifadə etməməyi tövsiyə edirlər. Əks halda dərman mənşəli rinit yarana bilər. Bu vəziyyət burun selikli qişasının davamlı şişməsi və xroniki burun tutulması ilə müşayiət olunur.

Nəticədə insan rahat nəfəs almaq üçün spreydən təkrar istifadə etməyə başlayır və problemin daha da ağırlaşmasına səbəb olur. Bəzi ağır hallarda müalicə uzun müddət davam edə, hətta cərrahi müdaxiləyə ehtiyac yarana bilər. Fəsadların qarşısını almaq üçün preparatın istifadə təlimatına əməl etmək və tövsiyə olunan müddəti keçməmək vacibdir.

2. Sakitləşdirici dərmanlar

Sakitləşdirici təsirə malik preparatlar da nəzarətsiz istifadə edildikdə təhlükəli ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə güclü sakitləşdirici dərmanların özbaşına qəbulu asılılıq, ümumi sağlamlıq vəziyyətinin pisləşməsi və ciddi əlavə təsirlərlə nəticələnə bilər.

Bu dərmanların həddindən artıq dozada qəbulu tənəffüsün zəifləməsinə, ağır zəhərlənməyə və hətta ölümə səbəb ola bilər. Xüsusilə fenobarbital və benzodiazepin tərkibli preparatların istifadəsində diqqətli olmaq lazımdır. Mütəxəssislər belə dərmanların yalnız həkim göstərişi və nəzarəti altında qəbul edilməsini tövsiyə edirlər.

3. Ürək damcıları

İlk baxışdan zərərsiz görünən bəzi ürək damcıları da sağlamlıq üçün risk yarada bilər. Bu preparatlar tərkibindən asılı olaraq yuxu rejiminə və arterial təzyiqə təsir göstərə bilər. Bəzi hallarda qan təzyiqində kəskin dəyişikliklər müşahidə oluna bilər. Xüsusilə qeyri-sabit arterial təzyiqi və xroniki ürək-damar xəstəlikləri olan şəxslər belə dərmanlardan istifadə edərkən ehtiyatlı olmalıdırlar.

Həkimlər bildirirlər ki, ürək nahiyəsində narahatlıq və ya ağrı hiss edən insanların özbaşına damcı qəbul etməsi düzgün deyil. Çünki bu, ciddi xəstəliyin əlamətlərinin vaxtında müəyyən edilməsini gecikdirə bilər.

4. Qızdırmasalıcı dərmanlar

Qızdırmanı salmaq üçün geniş istifadə olunan bəzi dərmanlar da müəyyən hallarda təhlükəli ola bilər. Məsələn, aspirin mədə-bağırsaq xəstəlikləri olan insanlarda qanaxma riskini artıra və mədə xorasının ağırlaşmasına səbəb ola bilər. Uşaqlarda isə aspirinin istifadəsi nadir, lakin çox təhlükəli olan Rey sindromu ilə əlaqələndirilir.

Bu sindrom qaraciyər və beynin ciddi zədələnməsi ilə xarakterizə olunur. Buna görə də uşaqlarda qızdırmanı azaltmaq üçün adətən yaşa və çəkiyə uyğun dozada parasetamol və ya ibuprofenə üstünlük verilir. Lakin bu preparatlar da düzgün dozada və müvafiq göstərişlərə uyğun istifadə edilməlidir.

5. Ağrıkəsici dərmanlar

Ağrıkəsicilərin tez-tez və nəzarətsiz qəbulu da sağlamlıq üçün ciddi problemlər yarada bilər. Xüsusilə qeyri-steroid iltihabəleyhinə preparatların uzun müddət istifadəsi arterial təzyiqin yüksəlməsinə, orqanizmdə maye yığılmasına, ödemə və mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Bəzi preparatlar tromboz və infarkt riskini də artıra bilər. Bundan əlavə, müəyyən ağrıkəsicilər allergik reaksiyalara, böyrək və qaraciyər zədələnməsinə səbəb ola bilər.

Mütəxəssislər xroniki ağrılardan əziyyət çəkən insanlara davamlı şəkildə ağrıkəsici qəbul etmək əvəzinə problemin əsas səbəbini müəyyənləşdirməyi tövsiyə edirlər. Həkimlər vurğulayırlar ki, dərmanın geniş istifadə olunması onun tamamilə təhlükəsiz olması demək deyil.

Hər bir preparatın əks göstərişləri, əlavə təsirləri və digər dərmanlarla qarşılıqlı təsirləri ola bilər. Bu səbəbdən evdə saxlanılan dərmanları qəbul edərkən onların dozasına, istifadə müddətinə və həkim tövsiyələrinə diqqət yetirmək vacibdir. Xüsusilə uzunmüddətli müalicə tələb edən xəstəliklər zamanı özbaşına dərman qəbulundan çəkinmək lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Noyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri