Adil Şükürov: Turan Tovuz daha kreativ futbol oynamalıdır
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"İndiki dönəmdə "Qarabağ" və "Zirə"nin Azərbaycanı Avropada təmsil edəcəyi tam dəqiqləşib. "Araz-Naxçıvan" isə işin 50 faizini yerinə yetirsə də, tam rəsmiləşməsi üçün çempionatın son oyunlarını gözləmək lazım gələcək".
Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə" və "Kəpəz"in sabiq baş məşqçisi Adil Şükürov deyib.
Mütəxəssis "Zirə"nin Avropa Liqası və yaxud Konfrans Liqasına gedəcəyinin Azərbaycan Kubokunun final oyunundan sonra bəlli olacağını xatırladıb:
"Eyni ilə "Sabah" və "Turan Tovuz"un aqibəti də final matçının nəticəsinə bağlıdır. Amma Tovuz klubundan fərqli olaraq "Araz Naxçıvan" və "Sabah"ın Avropada iştirakı göstərəcləri performansdan asılıdır. Futbol olaraq baxdıqda isə deyə bilərik ki, "Turan Tovuz" nə qədər də proqmatik futbol oynasa da, indiki dövrdə məcbur daha kreativ futbol oynamalıdır. "Araz Naxçıvan" isə qeyd etdiyimiz kimi son üç turdan minimum 4 xal yığmalıdır ki , son qarşılaşmaya qədər Konfrans Liqasında çıxışını təmin edə bilsin".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 10 May 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















