Icma.az
close
up
RU
Kəlbəcərlə bağlı yalan məlumatları bu şəxs yayıb Ramiz Abışovun məqsədi nədir?

Kəlbəcərlə bağlı yalan məlumatları bu şəxs yayıb Ramiz Abışovun məqsədi nədir?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü azad olunmuş ərazilərdə də xüsusi şövqlə qeyd olunur. Müxtəlif bölgələrdən bayramı qeyd etmək üçün Xankəndiyə, Şuşaya, Kəlbəcərə - Qarabağa və Şərqi Zəngəzura axın edən insanlarımızı görəndə fərəhlənməmək mümkün deyil. Artıq illərlə arzuladığımız “növbəti bayramı Şuşada, Kəlbəcərdə, Laçında keçirək” kimi diləklərimiz çin olub. Amma bu bayram şövqünə kölgə salmağa çalışanlar, doğru olmayan iddialar və ittihamlarla “gündəmi zəbt etmək” istəyənlər də ortaqlıqdan əskik olmur. Məsəl var, “milçək bir şey olmasa da, könül bulandırır”. 
Həqiqətən də bu bayram ovqatını pozmağa çalışan, könül bulandıranlar da var.
Sosial şəbəkələrdə Kəlbəcərdə Yeni ilin gəlməsi ilə elektrik enerjisinin kəsildiyi, şəhərin istiliksiz və susuz qaldığı ilə bağlı yayılan məlumatlar da bu qəbildən olan iddialardır. İddia olunur ki, sakinlər sərt qış günündə soyuqda qalıb.
Bəs, reallıq nədən ibarətdir, əslində nə baş verib?
Məlumatlara görə, Kəlbəcərdə istiliklə bağlı yaranan problem aradan qaldırılıb. Elektrik enerjisinin verilişində problem yaransa da, səhər saat 7-də bərpa edilib. Həmçinin, bütün rayon üzrə kombilərdə problem olmayıb. Sakinlərdən birinin evindəki kombidə problem olub ki, həmin şəxs də mənzildə yaşamırmış. 
Bununla yanaşı, Kəlbəcərdə suların donması ilə bağlı da hər hansı problem yaşanmır.
Kəlbəcər kimi dağlıq ərazidə müəyyən problemin yaranması o qədər də təəccüblü deyil. Dövlət qurumlarının problemə vaxtında müdaxilə etdiyi və dərhal həll olunduğu da normal haldır, çünki ölkədə istər kommunal xidmətlərin göstərilməsi, istərsə əhaliyə göstərilən digər xidmətlər belə demək mümkünsə, saat kimi işləyir. 
O da bəllidir ki, hər il dövlət qurumları qış rejiminə öncədən xüsusi formada hazırlaşır. Bu baxımdan, yaranan istənilən problemi qısa müddətdə aradan qaldırmaq mümkün olur. Kəlbəcərdə də baş verənlər bundan ibarətdir. 
Sosial şəbəkələrdə yayılan məlumatlar isə yalandan başqa bir şey deyil. 
Araşdırmalarımız nəticəsində yalan məlumat yayanın Ramiz Abışov adlı şəxs olduğunu müəyyən etdik. Bu şəxsin kimliyini araşdıran zaman əldə etdiyimiz məlumatlar onun yaydığı məlumatların yalan və məqsədyönlü olduğuna bir daha əminlik yaratdı.  
Ramiz Abışov özünü ictimai çıxışlarında “bozqurd” və  İsgəndər Həmidovun siyasi baxışlarının tərəfdarı, davamçısı kimi təqdim edir. 1996–2005-ci illər ərzində Gəncə şəhərində daxili işlər orqanlarında xidmət keçib, polis mayoru rütbəsində sahə müvəkkili vəzifəsində çalışıbdır. Xidməti fəaliyyəti dövründə yol verdiyi nöqsanlara görə intizam tədbirlərinə məruz qalıb, kobud pozuntuya görə pensiyaya çıxmasına təxminən 6 ay qalmış, keçmiş daxili işlər naziri Ramil Usubovun göstərişi ilə polis orqanlarından xaric edilib.
Hazırda Abşeron rayonu ərazisində yaşayır. Məlumata görə, oğlu ilə yaşadığı mübahisələrə görə polis orqanlarına müraciətlər edilib və mübahisəli hallar baş verib. Ramiz Abışov dəfələrlə həyat yoldaşına qarşı zorakılıq əməlləri ilə tanınır. Hətta, həyat yoldaşının bu zorakılıqlarla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradovaya, o cümlədən, Ombudsmana rəsmi şəkildə şikayətlər edib. 
R.Abışovun qardaşının korrupsiya faktı üzrə məsuliyyətə cəlb edildiyi və müəyyən müddət azadlıqdan məhrum edildiyi barədə məlumatlar da mövcuddur. Polis orqanlarından nöqsanlarına görə xaric edilən, həyat yoldaşına qarşı zorakılıq törədən bu şəxsin yaydığı iddialar və ittihamlar təkcə yalan deyil, həm də məqsədyönlüdür. 
Məlumatlara görə, Ramiz Abışov belə yalan məlumatlarla dövlət qurumlarını şantaj etməyə çalışır və bu fəaliyyətini yaratdığı “Kəlbəcərə Qayıdış” İctimai Birliyin adı altında həyata keçirir. R.Abışovun əsas fəaliyyəti də sosial şəbəkələr və digər platformalar vasitəsilə dövlət orqanlarının fəaliyyətini tənqid etmək, şişirdilmiş və yalan məlumatlar yaymaqdan ibarətdir. Ona görə də bu kimi yalan məlumatlar yayan, ictimai rəyi çaşdırmağa çalşan şəxslərin müvafiq orqanlar tərəfindən araşdırılması zərurəti yaranıb.
Kənan Həsənli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Yanvar 2026 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri