“Tottenhem Hotspur” Brennan Consonun “Kristal Palas”a transfer olunduğunu açıqlayıb
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Tottenhem Hotspur” sosial media səhifəsində 24 yaşlı cinah oyunçusu Brennan Consonun “Kristal Palas”a transfer olunduğunu elan edib.
İdman.Biz bildirir ki, jurnalist Fabrizio Romano daha əvvəl “qartallar”ın cinah oyunçusu üçün 33,5 milyon funt sterlinq (38,5 milyon avro) ödəyəcəyini bildirmişdi.
“24 yaşlı uelsli futbolçunun adı ötən mövsüm UEFA Avropa Liqasının finalında qələbə qolunun müəllifi kimi tariximizə əbədi həkk olunacaq. Onun vurduğu qol Bilbaoda “Mançester Yunayted” üzərində qələbəmizdə yeganə qol olub.
Brennana verdiyi töhfəyə görə təşəkkür edirik və ona gələcəkdə uğurlar arzulayırıq”, - deyə London klubu açıqlamasında bildirib.
Conson 2023-cü ilin sentyabr ayından “Tottenhem”də çıxış edir. Bu müddət ərzində hücumçu bütün yarışlarda 106 oyun keçirib, 27 qol vurub və 18 məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 02 Yanvar 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















