Icma.az
close
up
RU
Adları tarixə düşən qadınlar və ya sevgidən yaranan avtomobillər FOTOSESSİYA

Adları tarixə düşən qadınlar və ya sevgidən yaranan avtomobillər FOTOSESSİYA

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

14 fevral Azərbaycanın yeni tarixinə televiziyanın daimi yayıma başlaması günü kimi düşüb. Bu, birmənalı olaraq böyük hadisədir. ərazi və əhalisi bizdən dəfələrlə böyük olan Türkiyə, İran, Pakistan, Körfəz ölkələri bu sahədə bizdən azı 10 il geri qalıblar. Bu öz yerində.

Bu gün Azərbaycanda bir çox insanı televiziya günü deyil, Sevgililər günü düşündürür. Bizə bunu nəzərə alaraq qadınların avtomobil sənayesində gedişatı dəyişən hərəkətlərini xatırlamağı qərara aldıq.

Avtosfer.az xəbər verir ki, zərif cinsin nümayəndələri adlarını avtomobil sənayesi tarixinə yazdıra biliblər. Düzdür, tarix boyu istər at, istərsə də avtomobil sürücüləri arasında qadınlar kişilərdən az olub. Lakin qadınlar nəqliyyat sahəsində adlarını tarixə yazdıra biliblər.

Tarixdə ilk qadın sürücülər böyük avtomobil konstruktorlarının (Karl Benz, Emil Levassor, Henri Ford) arvadları olublar. Onlar avtomobil layihələdirilməsi zamanı ərləri ilə çiyin-çiyinə çalışıb, həm də ərlərini reklam ediblər. Məsələn, Karl Benzin arvadı Berta 1888-ci ilin avqustunda ərindən xəbərsiz avtomobili (daha doğrusu trisikli) götürərək uşaqları ilə birgə Manheym şəhərindən Pforshaym şəhərinə (106 km) gedir. Sübh çağı evdən çıxan Berta gecənin qaranlığında anasıgilə çatır.

Beləliklə, o, bir dəfəyə 100 km-dən çox yol qət edən ilk sürücü kimi tarixə düşür. Yolda yaranan nasazlıqları da özü təkbaşına aradan qaldıran qadın geri qayıtdıqdan sonra ərinə avtomobilin təkmilləşdirilməsi üçün tövsiyələr verir. Bir sözlə, bu həm avtomobilin poliqon sınağı, həm də Benz ailəsinin reklamı olur. Bertanın təşəbbüsü ilə sürətlər qutusuna aşağı ötürmə, tormoz sisteminə isə tormoz qəlibi əlavə edilir. Bu qadının etdiyi hər 2 ixtira indi də tətbiq olunur. 

Henrix Fordun arvadı Klaranın da əas işi ərinə soyuq qarajda avtomobil yığarkən kömək etmək - kerosin lampasını tutmaq, alətləri vermək olub. Sonradan Klara ərinin istehsal etdiyi maşını deyil, elektromobil idarə edirdi. Səbəb bu modellərin tüstüsüz və rahat olamsıdır. O, elektromobil sürən ilk qadın kimi yadda qalıb. 
ABŞ vətəndaşı Mari Anderson 1903-cü ildə şüşəsilənin ixtirası ilə tarixə düşüb.

Sofi Opel 1920-ci illərdə avtomobil istehsal edən şirkətə rəhbərlik edən ilk qadın kimi yadda qalıb. “General Motors”un rəhbəri Mari Berra isə tarixə avtomobil konserninə rəhbərlik edən ilk qadın kimi düşüb.  

Fransız mühəndisər Reno Panhard və Emil Levassor 1875-ci ildə qaz mühərriklərini layihələndirməyə başlayırlar. Kütləvi istehsal növbəti il başlayır. Daymler mühərriklərinin Fransa distributoru Eduard Sarazen Emil Levassorla əlaqə qurur. Emil Levassor 1890-cı ildə Sarazenin dul arvadı ilə evlənir və 1891-də Daymlerin lisenziyası əsasında «Panhard & Levassor» Cəmiyyəti “Levassor” markalı benzin mühərriklərinin istehsalına başlayır. Beləliklə Parisin 13-cü dairəsində dünyada ilk avtomobil zavodunun təməli qoyulur. Bu həm də avtomobilin sənaye istehsalının başlanğıcı idi. 

İlk qadın Formula-1 pilotu Lella Lombardi 1975-ci ildə İspaniya “Grand Prix”sində 6-cı yerdə tamamlayıb.
Ayrı-ayrı ölkələrin statistikası göstərir ki, ölümlə nəticələnən qəzaların 80 faizini kişilər törədir.

Dünyada qadınlara sürücülük hüququ verməyən yeganə ölkə Səudiyyə Ərəbistanı bir neçə il əvvəl qaydaları yumşaldıb. 
Litvada isə 2002-ci ilədək qadınlar sürücülük vəsiqəsi almaq üçün ginekoloqdan arayış gətirməli idilər. Müstəqillik dövründə qoyulmuş bu əsassız qayda Avropa Şurasının tələbi ilə ləğv edilib.   

Azərbaycana gəkdikdə isə, bizdə vaxtilə çox sayda qadın kənd təsərrüfatı texnikası idarə edib və bu hal pis qarşılanmayıb. Tam əminliklə deyə bilərik ki, vaxtilə qadınların idarə etdikləri tramvaylar indi kişilərin idarə etdiyi avtobuslardan daha komfortlu və təhlükəsiz olub. Bakıda 80 ilərzində tramvay qəzalarında bəlkə heç 80 nəfər zərər çəkməyib. Yollarımızda kişi sürücülərin iştirakı ilə baş verənləri isə, hörmətli oxucu hər gün canlı görür.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Fevral 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri