Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan MEDİA FORUMU İnformasiya təhlükəsizliyinin qorunmasında Cənubi Qafqaz MODELİ FORMALAŞIR

Azərbaycan Gürcüstan MEDİA FORUMU İnformasiya təhlükəsizliyinin qorunmasında Cənubi Qafqaz MODELİ FORMALAŞIR

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan və Gürcüstan arasında uzun illərdir davam edən dostluq və mehriban qonşuluq prinsipinə əsaslanan tərəfdaşlıq bu gün Cənubi Qafqazın siyasi, iqtisadi və təhlükəsizlik strukturunun əsas dayaqlarından birinə çevrilib. İki ölkə arasında enerji, nəqliyyat, ticarət və regional təhlükəsizlik sahələrində formalaşmış strateji əməkdaşlıq modeli təkcə regional deyil, həm də qlobal səviyyədə geniş təsir imkanlarına malikdir.
Son dövrlərdə ardıcıl keçirilən yüksək səviyyəli görüşlər, infrastruktur layihələrində dərinləşən inteqrasiya və nəhayət, Bakıda ilk dəfə təşkil olunan Azərbaycan–Gürcüstan Media Forumu bu tərəfdaşlığın çoxşaxəli xarakterini daha da gücləndirir.
 

MÖVZU İLƏ BAĞLI:
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu KEÇİRİLİR - FOTO


Ali səviyyəli Bakı görüşü: Tarixi tərəfdaşlığın davamı
Bu il yanvarın 17-də Bakıda Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən görüş iki ölkə arasında strateji münasibətlərin həm siyasi iradə, həm də institusional bazada möhkəmləndiyini göstərdi.
Cənab Prezident İlham Əliyev Gürcüstan Baş naziri ilə birgə mətbuat konfransında ölkələrimiz arasında əməkdaşlığın önəmini xüsusi vurğulayıb:
“Xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər”, - deyə cənab Prezident bildirib.
Onu da qeyd edək ki, sözügedən səfər Kobaxidzenin qısa müddət ərzində Azərbaycana üçüncü səfəri idi. Üstəlik, Kobaxidze ötənilki seçkilərdən sonra ilk xarici səfərini də məhz Azərbaycana etdi. Təkcə bu faktın özü belə ölkələrimiz arasında strateji tərəfaşlığın önəmini nümayiş etdirdi.
 

Liderləin görüşündə diqqət mərkəzində olan başlıca sahələr - enerji təhlükəsizliyi və ixrac marşrutları, nəqliyyat və rəqəmsal infrastruktur, iqtisadi əməkdaşlıq və investisiya platformaları, parlamentlərarası, hökumətlərarası və diplomatik mexanizmlərin koordinasiyası kimi mövzular idi.


Beynəlxalq və iqtisadi müstəvidə Azərbaycan-Gürcüstan əməkdaşlığı
Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Azərbaycan-Gürcüstan əməkdaşlığı iqtisadi sahədə də çoxvektorlu olması ilə seçilir. Belə ki, Azərbaycan Gürcüstan vasitəsilə 11 ölkəyə qaz ixrac edir və bu rəqəm artmaqda davam edir. Statistikaya görə, Gürcüstanın qaz istehlakının 80 faizdən çoxu Azərbaycanın payına düşür ki, bu da enerji sahəsində asılılıq deyil, qarşılıqlı təhlükəsizlik və iqtisadi tərəfdaşlığın göstəricisidir.
Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollardan artıq sərmayə yatırması bu tərəfdaşlığın iqtisadi ölçüsünün dayanıqlığının sübutudur. Üstəlik, hər iki ölkənin nəqliyyat-tranzit sahəsini paralel şəkildə modernləşdirməsi Orta Dəhlizin rəqabət qabiliyyətini artırır.
Bakı Media Forumu – media əməkdaşlığı strateji müstəviyə keçir
Təbii ki, bu səviyyədə çoxşaxəli əməkdaşlığın media müstəvisində də davam etdirilməsi böyük strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilməsi mühüm zərurətdən irəli gəlir.
 

Tədbirdə “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi”, “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” və digər mövzular müzakirə olunur.


Forumun keçirilməsində məqsəd iki ölkə arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, informasiya mühitində etibarlılığın artırılması və təhlükəsizlik çağırışlarının düzgün qiymətləndirilməsidir.
Media ekosisteminin gücləndirilməsi və əməkdaşlıq perspektivləri
İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi mühüm faktor hesab olunur. Bu istiqamətdə aparılan müzakirələr iki ölkənin media platformaları arasında koordinasiya, informasiya mühitinin şəffaflaşdırılması, yanlış məlumatlara qarşı birgə fəaliyyət və media institutlarının dayanıqlığının artırılmasını hədəfləyir.
Digər tərəfdən, qlobal miqyasda informasiya müharibələrinin, hibrid təhdidlərin və dezinformasiya kampaniyalarının artdığı bir dövrdə Azərbaycan və Gürcüstanın bu sahədə birgə strategiya qurması regional sabitlik baxımından xüsusi əhəmiyyət daşıyır.
Media savadlılığı və peşəkarlığın artırılması
Təbii ki, cəmiyyətin media savadlılığının yüksəldilməsi, jurnalistlərin peşə bacarıqlarının artırılması və bu sahədə Azərbaycan–Gürcüstan təcrübə mübadiləsi dezinformasiyalara qarşı ümumi immunitetin möhkəmlənməsinə xidmət edir.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov tədbirdə çıxışı zamanı Azərbaycanla Gürcüstanın ilk dəfə olaraq birgə media forumu keçirdiyini vurğulayıb.
Ə.İsmayılov bildirib ki, müasir informasiya mühiti sürətlə dəyişir və bu da dövlətlərlə cəmiyyətlər qarşısında yeni çağırışlar yaradır:
 

"Rəqəmsal texnologiyaların inkişafı, sosial media platformalarının genişlənməsi və informasiya axınının sürətlənməsi medianın məsuliyyətini, peşəkarlıq standartlarını və ictimai etimadda oynadığı rolu daha da artırır. Bu baxımdan, forumun əsas mövzusu xüsusilə aktualdır. Çünki sağlam informasiya mühiti və ona güvənən cəmiyyət yalnız peşəkar jurnalistika fəaliyyətinin və effektiv informasiya təhlükəsizliyi siyasətinin vəhdəti ilə mümkündür".


İnformasiya təhlükəsizliyi: yeni geosiyasi kontekstdə ortaq məsuliyyət
Cənubi Qafqazda güc balansının yenidən formalaşdığı, Qara dəniz–Avrasiya xəttində rəqabətin artdığı, qlobal aktorların regionun informasiya mühitinə daha aktiv müdaxilə etdiyi bir dövrdə Azərbaycan və Gürcüstanın media və informasiya təhlükəsizliyi sahəsində birlikdə hərəkət etməsi strateji zərurətə çevrilib.
Bu əməkdaşlıq enerji və nəqliyyat infrastrukturlarını hədəfə alan dezinformasiya kampaniyalarının qarşısını kəsməyə, ictimai rəyin manipulyasiyadan qorunmasına, regionun informasiya müstəqilliyinin möhkəmləndirilməsinə, o cümlədən media institutları arasında dayanıqlı əlaqə mexanizmlərinin formalaşdırılmasına xidmət edəcək.
Strategiyanın yeni sütunu – informasiya əməkdaşlığı
Azərbaycan və Gürcüstanın siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində formalaşdırdığı strateji tərəfdaşlıq bu gün yeni bir istiqamət – media əməkdaşlığı və informasiya təhlükəsizliyi ilə tamamlanır.
 

Sözügedən müsbət tendensiya göstərir ki, tərəflər təkcə fiziki infrastruktur layihələrində deyil, informasiya məkanında da vahid strateji xətt qurmağa başlayıb. Bu isə o deməkdir, Azərbaycan–Gürcüstan tandeminin regional sabitlikdə oynadığı rol informasiya təhlükəsizliyini də əhatə edən  kompleks bir modelə çevrilir.


Bu gün iki ölkə təkcə enerji və nəqliyyat yollarını deyil, informasiya təhlükəsizliyinin yeni xəritəsini də birgə qurur. Bu xəritə həm Cənubi Qafqazın sabitliyinə, həm də Avrasiyanın geniş coğrafiyasında regional əməkdaşlığa töhfə verir.
Anar Tahirov, Bizim.Media-nın baş redaktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Dekabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri