Icma.az
close
up
RU
Adnan Əhmədzadə DTX də sorğu sual altında Hansı sirlər açılacaq?

Adnan Əhmədzadə DTX də sorğu sual altında Hansı sirlər açılacaq?

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini  Adnan Əhmədzadə Bakıda həbs edilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan ibtidai istintaqın ilkin mərhələsində A.Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

“Qafqazinfo”nun əldə etdiyi məlumatına görə, bu əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsində “xüsusilə ağır cinayətlər” kateqoriyasına daxildir. Təkcə “xüsusilə külli miqdarda mənimsəmə” ittihamı 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Vəzifə səlahiyyətlərindən sui-istifadə və iqtisadi təhlükəsizliyə qarşı təxribat  isə bu cəzanı daha da sərtləşdirə bilər. Həmçinin istintaqın gedişində əlavə epizodların da ortaya çıxa biləcəyi istisna edilmir. 

Məsələ dövlətin qanunla qorunan mənafelərinə toxunduğundan bu kimi hallara qarşı sərt mövqe nümayiş etdilir. Əvvəl də qeyd olunduğu kimi bu həbslə yanaşı, hökumət Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. 

Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur. 

Görünür ki, Adnan Əhmədzadə hazırda DTX-nin təcridxanasında sorğu-sual edilir. İstintaq orqanı onun maliyyə əməliyyatları, əməkdaşlıq etdiyi şəxslər və hadisənin başvermə mexanizmi barədə verəcəyi məlumatları diqqətlə təhlil edəcək. 

Azərbaycanla yanaşı xaricdə də geniş biznesə sahiblənmiş Əhmədzadənin ifadələri və təqdim edəcəyi sübutlar cinayətin bütün detalları ilə üzə çıxarılmasına və işin hərtərəfli araşdırılmasına mühüm təsir göstərəcək.

Məsələnin ictimai əhəmiyyətini nəzərə alaraq istintaqın gedişatını diqqətdə saxlayırıq.

Xatırladaq ki, bu hadisənin kökündə iyul ayında Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkar olunmasının dayandığı ehtimal edilir. Zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub. Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib.

Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Sentyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri