Adnan Əhmədzadə həbsdən azad oluna bilər
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın tanınmış iş adamı, SOCAR-ın İnvestisiya departamentinin keçmiş rəis müavini Adnan Əhmədzadə yaxın vaxtlarda həbsdən azad edilə bilər.
Axar.az xəbər verir ki, bu barədə Musavat.com rəsmi olmayan mənbələrdən məlumat əldə edib.
Həmin məlumata görə, məsələ ilə bağlı hazırda hüquqi və siyasi müstəvidə son qiymətləndirmələr aparılır. Onun işi məhkəməyə getmədən, istintaq mərhələsində xətm oluna bilər. A.Əhmədzadənin barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbiri yanvar ayında bitir.
Bildirilib ki, aparılmış araşdırmaların yekun mərhələsində Adnan Əhmədzadə barəsində irəli sürülən ittihamların bir qisminin sübut bazasının zəiflədiyi, xüsusilə Azərbaycan əleyhinə mümkün sui-qəsd və təhlükəsizlik riskləri ilə bağlı ehtimalların öz təsdiqini tapmadığı qeyd olunur. Həmçinin Ramiz Mehdiyev xətti ilə mümkün əlaqələrə dair iddiaların da ayrıca araşdırıldığı, onların da özünü doğrultmadığı bildirilir.
Xatırladaq ki, Adnan Əhmədzadə 20 sentyabrda saxlanıb və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun həbsi ölkə gündəmini zəbt edən bir sıra səs-küylü ittihamlar fonunda baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 18 Dekabr 2025 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















