Icma.az
close
up
RU
Adnan Əhmədzadə işi böyüdü ŞOK TƏFƏRRÜAT

Adnan Əhmədzadə işi böyüdü ŞOK TƏFƏRRÜAT

Icma.az, Bakupost saytına istinadən bildirir.


Azərbaycan neftinin “qara qızıl” yox, “qara ləkə” kimi təqdim olunduğu günlərdən keçirik. Neftimizin satışı etibar edilmiş, SOCAR eks-funksioneri Adnan Əhmədzadə dəmir barmaqlıqlar arxasındadır.

İllərlə “toxunulmaz” görünən bir oliqarx şəbəkəsi indi Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunur. Bu iş artıq sadəcə hüquqi yox, həm də milli təhlükəsizlik məsələsinə çevrilib.

Bakupost.az-ınməlumatına görə, Adnan Əhmədzadənin həbsindən 4 gün sonra, sentyabrın 23-də BP rəsmisi Tamam Bayatlı açıqlayıb ki, hazırda Ceyhan terminalında yerləşən bütün çənlərdə neft standartlara uyğundur, problem həll olunub.

Bəli, “hazırda”... Amma sual budur ki, xloridlər o çənlərə necə sızıb və kim bundan qazanc götürüb?

Neftin hasilatı və nəql prosesində kimyəvi reagentlərdən istifadə olunur. Normalda bu qatışıqlar təmizlənməlidir. Deməli, əgər xloridlər qalıbsa, ya işə məsuliyyətsiz yanaşılıb, ya da bilərəkdən göz yumulub. Dünyada keyfiyyətsiz nefti keyfiyyətli partiyalara qatıb-qarışdırmaqla ixrac etmək praktikasına tez-tez rast gəlinir. Bu, yüz milyonlarla dollar qazanc deməkdir. Çox güman ki, Ceyhan çənlərinə də məhz bu məqsədlə şübhəli qarışdırma əməliyyatı aparılıb.

Bunu kim edib və ən əsası kimin maraqları çərçivəsində edib?

Azərbaycanın əsas üstünlüyü beynəlxalq enerji bazarında etibarlı tərəfdaş imicidir. Neftin keyfiyyəti ilə bağlı ən kiçik qalmaqal belə ölkəyə qarşı geosiyasi təzyiq alətinə çevrilir. Adnan Əhmədzadə işi göstərir ki, SOCAR-ın milyardlarla dollar dəyərində olan neft ticarəti illərlə dar çevrənin əlində olub. Bu dar çevrə üçünsə dövlətin maraqlarından çox şəxsi qazanc ön plana çıxıb!

Nəticədə isə Azərbaycan dünya bazarına keyfiyyətsiz neft satmaq ittihamı ilə üz-üzə qalıb.

Bu məsələdə Azərbaycanın neft bazarında etibarlı tərəfdaş imicinin qəsdən sarsıdılması niyyəti sezilir.

Bu etibarın zədələnməsi işinin içində kimlər var? Adnan Əhmədzadənin dəstəkçiləri kimlər olub? Rusiya xüsusi xidmət orqanlarının işdə rol alması nə dərəcədə realdır?

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət göstərməyiblər?”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, istintaq bütün detalları üzə çıxaracaq: “Adnan üzə çıxarılıbsa, digər "adnan"lar da çıxarılacaq. Görünən odur ki, işdə başqa “adnan”lar da var. Rusiya bu məsələyə kompleks yanaşdı. Öncə Ukraynadan başladılar, oradakı Azərbaycana aid SOCAR infrastrukturunu vurmaqla ölkəmizi böyük zərərə saldılar. Amma bununla da dayanmadılar və ən böyük zərəri vurmaq üçün hərəkətə keçdilər. Azərbaycan neftini çirkləndirməklə Ukraynadakı zərəri qat-qat üstələyən və illərə uzanacaq zərər vurdular. Məqsədli şəkildə çirklənmiş neftimizin ötürüldüyü Rumıniyada texniki avadanlıqlar sıradan çıxdı, bu isə çox böyük etirazlara səbəb oldu. Bu, Rusiyanın birbaşa ölkəmizin 1 nömrəli gəlir yeri olan neft satışına qarşı addımıdır. Rusiyanın özü də dünyaya neft satmaqla ayaqda qalır. Bu baxımdan yaxşı bilirlər ki, neft satışının bu və ya digər səbəbdən geriləməsi ölkə üçün çox ciddi iqtisadi gərginlik yaradır. Ona görə də Rusiya bu cür addımı atdı. Azərbaycanın neft satışını əngəlləməklə ölkədə iqtisadi sabitliyin pozulmasına və ümumi sabitliyin dalğalanmasına nail olmağı hədəfləyirlər. Bu istiqamətdə atdıqları ilk addımlar Rusiyada həmyerlilərimizə qarşı total hücumlar, bu hücumlarda xüsusi xidmət orqanlarının iştirakı ilə döyülmələr, vəhşicəsinə qətllər törədilməsi oldu. Lakin həmin addımlarla istədikləri nəticələri ala bilmədilər.

Ona görə də ölkənin gəlir mənbələrini sıradan çıxarmaqla effektli təsir göstərməyə, Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinə zərbə vurmağa çalışırlar. Çox güman ki, qaz nəqli ilə bağlı da oxşar addımları planlaşdırırlar".

İlham İsmayıl deyib ki, Rusiya bu məqsədlərə nail olmaq üçün müxtəlif şəxslərdən istifadə edir: “Həmin şəxslər məxfi əməkdaşlıq səviyyəsindədir, agentdir, yoxsa ifşaedici materiallar üzərindən cəlb olunublar, hələlik bilinmir. İstintaqın Adnan Əhmədzadə ilə kifayətlənəcəyini gözləmirəm. Yəqin ki, işin üstünə gediləcək, bu işdə kimlərin rol alması, müdaxilə imkanları olan şəxslərin hər biri süzgəcdən keçiriləcək.

Keçmiş təhlükəsizlik zabitinin dediyinə görə, insan faktoru ilə nefti çirkləndirməklə ölkənin iqtisadi potensialını, illərlə qazandığı etibarı sarsıtmaq niyyəti var: “Bu cür təxribatlar terrordan betər hesab edilir. Terrorun əhatə dairəsi konkret bir ərazidir, sıradan çıxarılan obyektlər, bir neçə insan olur. Məsələn, Ukraynada SOCAR-ın fəaliyyəti yenidən bərpa ediləcək. Adnan Əhmədzadənin fiqurant olduğu iş ölkəmizə qarşı iqtisadi terroru əhatə edir və onun nəticələrini aradan qaldırmaq, qarşılıqlı etimada söykənən münasibətləri yenidən əvvəlki səviyyədə bərpə etmək olduqca çətindir, zaman aparan bir prosesdir. Zaman uzandıqca da dövlət ziyan çəkir. Baş verənlərə görə TransXəzər layihələri də dondurulub. Qazaxıstan Rusiya vasitəsilə Avropaya nəql etdiyi neftini Azərbaycan üzərindən göndərməyə qərar vermişdi. Adnan Əhmədzadə və onun himayədarları sayəsində Azərbaycan və Türkiyənin ən mühüm geostrateji planı hazırda qeyri-müəyyən duruma düşüb. Qazaxıstan və Türkmənistan Azərbaycan üzərindən Avropaya neft nəqlini dayandırıb, yenidən Rusiyaya tərəf addımlayıblar. Təbii ki, Azərbaycan düzənlənən iqtisadi terrorun nəticələrini zamanla aradan qaldıracaq”.

İlham İsmayıl deyib ki, Rusiya Azərbaycan daxilində hərbi təxribatının baş tutmamasını anlayandan sonra belə bir addım atıb: “Ermənistandan fərqli olaraq Azərbaycanda bu gün rusiyayönümlü qüvvə yoxdur. Qarabağda daha əvvəlki qüvvələri də qalmayıb. Ona görə də Azərbaycanın iqtisadi əlaqələrinə, ölkənin "şah damarı" olan neft və qaz təsərrüfatına zərər vurmaqla təzyiq göstərməyə çalışırlar. Belə addımlar zaman-zaman baş verə bilər və buna görə də zərbənin haradan gələ biləcəyini diqqətlə öyrənməli, o istiqamətdə əməliyyat işlərini artırmalı və eyni zamanda təhlükəsizlik məsələlərini də genişləndirməklə bir daha “Adnan Əhmədzadə işi”nin təkrarlanmasına imkan verilməməlidir".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Sentyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see157

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see122

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri