Icma.az
close
up
RU
Adnan Əhmədzadə işi Avropanı silkələyir “Oilmar” qalmaqalı

Adnan Əhmədzadə işi Avropanı silkələyir “Oilmar” qalmaqalı

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Azərbaycanın enerji sektorunda son illərin ən gurultulu hadisələrindən biri yaşanır. Bakıda SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan Adnan Əhmədzadə ilə bağlı istintaq davam edir. Avropada Adnan Əhmədzadənin adının hallandığı beynəlxalq biznes qalmaqalı da qızışmaq üzrədir. Sinqapur mətbuatının yazdığına görə, onun benefisiarı olduğu “Oilmar Shipping and Chartering” şirkətində ciddi dəyişikliklər başlayıb. Şirkətin baş direktoru Yusif Məmmədov bildirib ki, artıq səhmlərin geri alınması prosesinə start verilib və rəhbərlik Adnan Əhmədzadə ilə əlaqələrini qəti şəkildə kəsir. Məqsəd “Oilmar Shipping and Chartering” şirkətini hüquqi və reputasiya risklərindən qorumaqdır.

“Oilmar Shipping and Chartering” şirkəti 2015-ci ildə Dubayda yaradılıb. Şirkət sürətlə yüksəlib, enerji bazarında qlobal oyunçuya çevrilib. 2022-ci ildə şirkətin illik gəliri 1 milyard dolları ötüb, əməliyyatlar 60 ölkəni əhatə edib. Adnan Əhmədzadə Bakıda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanıb. Onun adı Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə Rusiya və Azərbaycan neftinin qarışdırılmasını təşkil etməkdə hallanır. İddialara görə, saxta sertifikatlarla Rusiya neftinin Azərbaycan brendi altında Avropaya çıxarılmasına imkan yaradıb...

Adnan Əhmədzadənin biznes şəbəkəsi yalnız bu şirkətlə məhdudlaşmır. Onun adı Maltada qeydiyyatdan keçmiş “Alkagesta LTD” və Britaniyanın Virciniya adalarında yaradılmış “Choice Management Group LTD” ilə də hallanır. “Pandora Papers” sızmalarında da Adnan Əhmədzadənin benefisiar kimi keçir. Ehtimal olunur ki, o, ofşor şirkətlər vasitəsilə qaçaq neft alveri ilə məşğul olub.

Ötən gün “Oilmar Shipping and Chartering” şirkətinin baş direktoru Yusif Məmmədovun verdiyi açıqlama şirkət üçün sağ qalma strategiyası kimi dəyərləndirilir. O, müştərilərə ünvanladığı sirkulyarda xidmətin davamlılığını və dürüstlüyə sadiqliyini vurğulayıb. Hazırda şirkət Cenevrə, Sinqapur və Nyu-Yorkda ofisləri ilə fəaliyyət göstərir. Lakin Qərb paytaxtlarında artıq müqavilələri ikiqat yoxlamağa başlayıblar. Çünki Qərbin maliyyə institutları və enerji şirkətləri reputasiya riskindən çəkinir.

Ən diqqətçəkən məqam budur ki, Azərbaycan Avropa bazarında Rusiyaya alternativ kimi mövqeyini möhkəmləndirməyə çalışdığı bir zamanda Azərbaycana qarşı “Əhmədzadə kartı”ndan istifadə olunub. Bu işin nəticəsi Azərbaycanın enerji tərəfdaşı kimi həyati əhəmiyyət daşıyır. Əgər Avropa tərəfdaşlarının inamı zədələnsə, bu, ölkənin ən strateji sektorunda yeni problemlər doğura bilər.

Belə görünür ki, Adnan Əhmədzadənin həbsi və “Oilmar” qalmaqalı hələ başlanğıcdır. Növbəti mərhələdə həm Azərbaycan məhkəmələri, həm də Qərbin tənzimləyici orqanları bu işin gedişatına diqqətlə nəzarət edəcək.

Avropa üçün isə bu hadisə bir daha göstərdi ki, enerji diversifikasiyası strategiyası kağız üzərində möhkəm görünsə də, praktikada çox kövrəkdir. Azərbaycan üçün isə məsələ təkcə bir şəxsin cinayət işi deyil, ölkənin etibarlı tərəfdaş statusu və enerji diplomatiyasının gələcəyi ilə bağlıdır.

Kamran Məmmədli

Siyasi şərhçi Kamran Məmmədli “Yeni Müsavat”a deyib ki, Adnan Əhmədzadənin həbsi sadə maliyyə maxinasiyası deyil, ölkənin iqtisadi potensialına zərbə vura biləcək qədər ağır nəticələr doğuran prosesdir: “Onun adı Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə Rusiya neftinin Azərbaycan brendi altında Avropaya çıxarılması iddialarında hallanır. Bu isə Azərbaycanın enerji diplomatiyasını ən həssas nöqtədən hədəfə alır. Burada "xlorid oyunu" metaforası təsadüfi deyil. Xlorid gözlə görünmür, rəngsizdir, amma təsiri zəhərlidir. Adnan Əhmədzadə ilə bağlı yayılan xəbərlərdən belə qənaət formalaşır ki, onun fəaliyyəti də səssiz və gizli olub. Belə fəaliyyət nəticəsində Azərbaycanın strateji maraqlarını korlayan bir mexanizm hərəkətdə olub".

Siyasi şərhçi deyib ki, əgər Rusiya nefti saxta sertifikatlarla Azərbaycanın adından Avropaya gedirdisə, bu, bir neçə nəticə doğura bilər: “Azərbaycan Avropada etibarlı tərəfdaş kimi qəbul olunur. İndiki halda Avropa Rusiyadan asılılıqdan çıxmaq üçün Azərbaycana güvənir, Azərbaycan neftini alır. Əgər iddialar doğrudursa, Adnan Əhmədzadə Azərbaycan nefti adı ilə Rusiya neftini Avropaya ötürüb. Bu məsələ ilk növbədə Azərbaycanı Avropanın nəzərində etibarlı tərəfdaşlıqdan çıxarır, Moskvanın əlinə isə ölkəmizə qarşı təzyiq kartı verirdi. Rusiya sabah elan edərdi ki, Bakı-Tiflis-Ceyhan Rusiya nefti ilə doludur, bu isə Azərbaycanın enerji müstəqilliyinə qarşı ən böyük şantaj alətinə çevrilə bilərdi. Yəni Əhmədzadə əgər bu işdə rol oynayıbsa, deməli, onun fəaliyyəti Azərbaycanın maraqları deyil, Moskvanın maraqları üzərində qurulub”.

Siyasi şərhçi bildirib ki, “Adnan Əhmədzadə işi” ilə bağlı Sinqapurdan Cenevrəyədək yayılan xəbərlər təsadüfi deyil: “Qərbin maliyyə institutları və enerji şirkətləri artıq müqavilələri ikiqat yoxlayırsa, deməli, Azərbaycan üçün də durum çətin ola bilər. Eyni zamanda Əhmədzadənin təkbaşına "xlorid oyunu"na girməsi də inandırıcı deyil. Onun həm daxildə, həm də xaricdə şərikləri olmamış deyil. Ona görə də yeni həbsləri qaçılmaz hesab edirəm".

Siyasi şərhçi deyib ki, Adnan Əhmədzadənin həbsi göstərdi ki, Azərbaycanın enerji diplomatiyası təkcə hasilat və ixrac gücü ilə deyil, həm də daxildəki təmizliyə bağlıdır: “Əgər ölkə öz içindəki "xlorid oyunçu"larını zərərsizləşdirməsə, sabah xarici meydanda ən strateji üstünlüklərini itirə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see236

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see215

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see212

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see154

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see150

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see149

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see149

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see142

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see141

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see141

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see141

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see138

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see138

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see137

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see136

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri