Icma.az
close
up
RU
Adnan Əhmədzadənin arxasında kim var?

Adnan Əhmədzadənin arxasında kim var?

Icma.az bildirir, Metbuat portalına istinadən.

SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini, iş adamı Adnan Əhmədzadənin həbsinin səbəbləri ilə bağlı mediada yayılan məlumatlar və ona qarşı irəli sürülən ittihamlar məsələnin “dərin köklərə” malik olduğunu deməyə əsas verir.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, istintaq araşdırmasında detallar aydınlaşdırılacaq, lakin təkcə enerji sektorunun yox, həm də medianın göz önündə olan bu şəxsin qəfil həbsi yayılan məlumatların doğruluq ehtimalını da ön plana çıxarır.

Adnan Əhmədzadənin “Azəri Layt” markalı nefti digər xam məhsulla qarışdırmaqda ittiham edildiyi deyilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığı və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir. Neft bazarında Azərbaycanın etibarlı tərəfdaş imicini – bu, Avropa rəsmiləri də daxil olmaqla, alıcı ölkələrin rəhbərliyi tərəfindən mütəmadi olaraq, dilə gətirilir – nəzərə alsaq, belə bir əməl təkcə mənimsəmə kimi yox, həm də dövlət maraqlarına qarşı təxribat kimi qəbul edilməlidir. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan cinayət işi üzrə Əhmədzadənin “iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunması” bu kontekstdə təsadüfi deyil.

Əhmədzadənin necə həbs edilməsi xüsusilə diqqət çəkir: məlumatlara görə, o, ötən gün Formula-1 üzrə Azərbaycan Qran-prisinin yarışlarına baxmaq üçün əraziyə gedib, hüquq-mühafizə orqanları tərəfindən həbsi də məhz orada baş verib.

Bu detal bir ssenarini önə çıxarır: istisna deyil ki, Azərbaycan neftinə qarşı baş verən təxribat faktı ilə bağlı araşdırmada Əhmədzadənin iştirakı yeni müəyyən edilib və dərhal həbs qərarı verilib.

Əhmədzadənin neft maxinasiyasında iki sual baş verənlərin “dərin köklərinə” işıq tuta bilər.

Birincisi, maxinasiyada kimlər “əlbirdir?”

Azərbaycan sərhədlərini aşan neft fırıldağını Əhmədzadənin təkbaşına həyata keçirməsi ehtimalı zəifdir. Neft satışının mürəkkəb mexanizmini və dövlət təhlükəsizliyinin kompenenti olduğunu nəzərə alanda, bu ehtimal ümumiyyətlə sıfırlanır. İstintaq belə bir şəbəkənin mövcudluğunu mütləq aydınlaşdıracaq.

İkincisi, Əhmədzadənin arxasında hansı qüvvələr ola bilər?

İttiham aktında yer alan “iqtisadi təhlükəsizliyə qarşı təxribat” amili maxinasiyanın təkcə külli miqdarda maliyyə mənimsəməsindən ibarət olmadığını təsdiqləyir. Hətta mənimsənilən maliyyə təxribat planında icraçıların – hazırda yalnız Əhmədzadənin adı məlumdur – “qazancı” ola bilər, əsas hədəf isə məhz neft bazarında Azərbaycanın mövqelərinə zərbə endirməkdir. Bu, Əhmədzadənin arxasında müəyyən xarici qüvvələrin olması versiyasını gücləndirir.

Və bütün “xarici qüvvə” ehtimalları Moskvaya çıxır. Rusiya Azərbaycana qarşı neft təxribatında niyə maraqlı ola bilər?

a) Azərbaycanın bazardakı mövqelərinin zəifləməsi ilk növbədə Rusiyaya sərf edir;

b) Ukrayna müharibəsinə görə sanksiyalara məruz qalan Rusiyanın neft bazarındakı zəifləyən mövqeləri fonunda Azərbaycanın gücləndiyi haqda məlumatlar var: Dünya Bazarı Araşdırmaları İnstitutunun araşdırmasına görə, bu ilin altı ayı – yanvar-iyul - ərzində Azərbaycanın neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 5 faiz artıb;

c) Azərbaycanın enerji resursları Rusiyanın ehtiyatları ilə müqayisədə az olsa da, Avropanın enerji təhlükəsizliyində mühüm paya malikdir: Moskva Avropanın enerji təhlükəsizliyinin diversifikasiyasına zərbə endirmək niyyətindədir;

ç) Daha öncə baş verənlər – avqustun 6-da Rusiyanın Odessada Azərbaycan qazını nəql edən qaz kompressor stansiyasına, avqustun 18-də SOCAR-ın Odessa vilayətindəki neft bazasına zərbələr endirməsi də oxları yenidən Moskvaya tuşlayır;

d) Burada Rumıniya mediasının bir neçə həftə öncə yaydığı məlumat da yada düşür: bu ölkənin kəşfiyyatı Azərbaycan neftinə zərərli maddələrin Rusiya tərəfindən qatıldığı şübhələrinə malikdir.

e) Neft təxribatının Bakı-Moskva xəttindəki gərginlik fonunda Rusiyanın təzyiq planının tərkib hissəsi olduğu da istisna deyil.

Bunlar mövcud məlumatlara istinadən önə çıxan ehtimallardır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Sentyabr 2025 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail məsələsində ABŞ ın müstəqil siyasət yürütmək məhdudiyyəti var

19 Sentyabr 2025 12:35see299

Rusiyanın Polşaya dronlarla hücumu daha çox ABŞ nin işinə yaradı Siyasi şərhçi

19 Sentyabr 2025 16:49see207

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab

19 Sentyabr 2025 13:47see192

Xərçəngdən qoruyan 10 super qida

19 Sentyabr 2025 09:09see174

İnək dəyərindəki “alma”nı niyə istəyirlər? Fotolar

19 Sentyabr 2025 07:15see134

Məşhur rəssamın əsərləri 100 milyona satışa çıxarıldı

19 Sentyabr 2025 13:32see130

Bu meyvə gənclik iksiri dir Alimlər təsdiqlədi: İçənlər günü gündən gözəlləşir

19 Sentyabr 2025 05:06see129

Yusif Səmədoğlunun 90 illik yubileyi ilə əlaqədar filmin çəkilişlərinə başlanılıb

19 Sentyabr 2025 16:02see128

Fəlakət uzaq bir adada həyatı məhv etdi Ancaq gözlənilməz hadisə alimləri təəccübləndirdi

20 Sentyabr 2025 03:32see127

Anymanın Bakı şousu!

20 Sentyabr 2025 00:15see126

Zelenskidən müharibə ilə bağlı sürpriz AÇIQLAMA

19 Sentyabr 2025 22:50see125

Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

20 Sentyabr 2025 16:47see122

Gənclər niyə evlənmək istəmir? VİDEOSORĞU

19 Sentyabr 2025 23:17see121

Qonağ getdiyi evdə keçmiş həyat yoldaşını qanına qəltan etdi

20 Sentyabr 2025 01:32see121

Çin və ABŞ liderləri arasında telefon danışığı aparılır

19 Sentyabr 2025 16:38see121

Paşinyanın istəyi ilə rütbəli şəxs vəzifəsindən azad edildi

19 Sentyabr 2025 18:45see120

Kroufordla Kanelonun bir döyüşə qazandıqları UFC nin bir ilə qazandığına bərabər olub

20 Sentyabr 2025 08:14see119

Qərbi Azərbaycan Xronikası: Sonrakı həyatımız Xocalı, Quşçular, Malbəyli faciəsi ilə bağlı oldu

20 Sentyabr 2025 00:48see118

Kamçatkada 120 dən çox zəlzələ olub

20 Sentyabr 2025 01:05see118

Silvestr Stallone: ​​“Texnologiya məni 18 yaşına çatdıra bilər...”

20 Sentyabr 2025 21:47see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri