Icma.az
close
up
RU
Həbs olunan Adnan Əhmədzadənin DOSYESİ

Həbs olunan Adnan Əhmədzadənin DOSYESİ

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. Məlumatı məsələdən xəbərdar olan bir neçə mənbə təsdiqləyib.

Bakupost.az musavat.com-a istinadla uzun illər dövlət neft sektorunda və biznes sahəsində fəaliyyət göstərmiş Adnan Əhmədzadənin həyat və karyerasına təqdim edir.

Adnan Azər oğlu Əhmədzadə 24 yanvar 1978-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildən ABDA Invest Holding-in təsisçisi və İdarə Heyətinin sədridir. Holding inşaat, logistika və daşınma həlləri, kənd təsərrüfatı, supermarket şəbəkələri və kino sahələrində fəaliyyət göstərən şirkətləri birləşdirir.

Adnan Əhmədzadə 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, 2000-ci ildə isə Qərb Universitetinin magistr pilləsini bitirib.

O, 1998–2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr (sonradan Marketinq və İqtisadi Əməliyyatlar) İdarəsində çalışıb. 2005–2006-cı illərdə “Azertrans” MMC-nin baş direktoru olub.

2006–2019-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif rəhbər vəzifələrdə işləyib:

Nəqliyyat və Ekspedisiya şöbəsinin müdir müavini (2006–2007)

Ticarət əməliyyatlarında kommersiya riskləri şöbəsinin müdiri (2007–2008)

İqtisadi əməliyyatlar idarə rəisinin müavini (2008–2010)

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin baş direktoru (2010–2019)

2018-ci ildə SOCAR Trading-in icraçı direktoru, 2019-cu ildə isə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini təyin olunub.

Adnan Əhmədzadə 2023-cü ildən Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti vəzifəsini icra edir.

Adnan Əhmədzadə ailəlidir və dörd övladı var. Maraqlı məqamlardan biri onun dünyaca məşhur futbolçu Lionel Messi ilə ailəvi dostluq əlaqələrinə malik olmasıdır. O, Messinin Azərbaycana səfərinin təşkilində mühüm rol oynayıb.

Bundan əlavə, Əhmədzadə Ronaldinyo və “Barselona” klubunun prezidenti Xuan Laportanın Bakı səfərlərini də təşkil edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Sentyabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see208

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see208

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see200

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see188

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see181

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see169

Gülnarə Xəlilovanın kolleksiyaları Rumıniya Parlament Sarayında təqdim olunub dizayner nüfuzlu mükafata layiq görülüb FOTO

03 Noyabr 2025 18:46see146

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see139

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see138

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see137

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see136

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see134

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see132

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see128

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see127

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see127

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see124

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see123

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see120

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri