Adnanın “Gaja”sının sirli səyahəti: görün harada peyda oldu FOTO
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin məşhur yaxtası İspaniyanın Barselona şəhərində peyda olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Dongcast” məlumat yayıb.
Sözügedən yaxta 42 gündür Barselona sahillərində Marşal Adaları bayrağı altında lövbər salıb.
Bildirilib ki, A.Əhmədzadə vergi yoxlamalarından yayınmaq üçün yaxtanın adını “Qalaktika Super Nova”dan “Gaja”ya dəyişib.
Bir qədər əvvəl yayılan məlumatda qeyd olunurdu ki, “Lukoyl”ın təsisçisi Vahid Ələkbərov 108 milyon dollarlıq “Qalaktika Super Nova” superyaxtasını Adnan Əhmədzadənin adına rəsmiləşdirib.
Teleqraf yazır ki, bu, Ələkbərovun yaxtanı tam olaraq Əhmədzadəyə hədiyyə etməsi anlamına gəlmir.
Məsələ burasındadır ki, artıq sanksiya altında olduğunu başa düşən Vahid Ələkbərov oğlu Yusif Ələkbərovla birlikdə özlərinə dost hesab etdikləri Adnan Əhmədzadənin qanadı altında daha iki superyaxtanı gizləyməyə cəhd ediblər. Bunlar “GENESİS” (Vahid Ələkbərova məxsus) və “ULTRA G” (Yusif Ələkbərova məxsus) superyaxtaları olub.
Razılaşma isə belə olub: “Sən mənə neftlə kömək et, mən də yaxtalarını gizlədim”.
Hazırda Barselona sahillərində lövbər salan yaxta Azərbaycan dövlətinə xəyanət müqabilində Əhmədzadəyə verilib.
Qeyd edək ki, son günlər Adnan Əhmədzadə ilə bağlı skandal faktlar yayılıb. Belə ki, əvvəlcə onun Dubaydakı süni adada “eskort qadın mafiyası” yaratdığı və onlardan öz cinayətləri üçün istifadə etdiyi üzə çıxıb. Bundan başqa, Əhmədzadənin Rumıniyada dəhşətli cinayətlər yol verdiyi, şantaj və saxtakarlıqlara əl atması haqda məlumat dərc olunub.
Xatırladaq ki, Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:86
Baxış sayı:86 Bu xəbər 30 Oktyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 30 Oktyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















