ADNSU 3,3 milyonluq müqavilə bağladı
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) publik hüquqi şəxsi İT avadanlıqlarının satın alınması ilə bağlı işlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, satınalma ilə əlaqədar tərəflər arasında ümumi maliyyə dəyəri 3 354 291,6 manat təşkil edən müqavilə imzalanıb. Satınalmanın qalibi “Ultra Technologies” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilə çərçivəsində ali təhsil müəssisəsinin İT infrastrukturu üçün nəzərdə tutulan avadanlıqlar təmin ediləcək.
Qeyd edək ki, sözügedən şirkət 2000-ci ildə yaradılıb və nizamnamə kapitalı 1 000 manat təşkil edir. “Ultra Technologies” MMC 2021-ci ili 2 milyon 401 min manat xalis mənfəətlə başa vurub. Əvvəlki ildə şirkətin mənfəəti 4 milyon 191 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 1,7 dəfə azalması deməkdir. Toyuqlu pizza
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 09 Oktyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















