Icma.az
close
up
RU
Ankarada kitab təqdimatı keçirildi FOTO

Ankarada kitab təqdimatı keçirildi FOTO

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avqustun 1-də Türkiyənin Ankara şəhərində “Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Türk dünyasının mədəniyyət paytaxtı” adlı kitabın təqdimat mərasimi olub.

Bu barədə kitabın müəllifi Elçin Əhmədov bildirib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Türkiyə türkcəsində nəşr olunan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, professor, siyasi elmlər doktoru Elçin Əhmədovun müəllifi olduğu kitabda Azərbaycanın maarifçilik beşiyi və mədəniyyət mərkəzi olan Şuşanın tarixi, mədəni və strateji əhəmiyyətindən bəhs edilir.

TÜRKSOY-un Baş katibliyində təşkil olunan tədbirdə təşkilatın Baş katibi Sultan Raev 2022-ci il martın 31-də təşkilata üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi haqqında qərar qəbul edildiyi xatırladıb. Onun sözlərinə görə, TÜRKSOY-un bu qərarı ilə əlaqədar Azərbaycanda və təşkilata üzv ölkələrdə uğurla həyata keçirilən silsilə tədbirlər Şuşanın Türk dünyasında geniş tanıdılmasında mühüm rol oynayıb.

Ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov 2020-ci il noyabrın 8-də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdiyini xatırladıb. Səfir Prezident İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladığınа diqqət çəkib. “İkinci Qarabağ müharibəsindən sonra qazanılan tarixi Qələbə, xüsusilə Azərbaycanın hərbi, diplomatik və informasiya məkanındakı uğurları nəticəsində yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması olduqca zəruridir”, - deyə diplomat əlavə edib.

Şuşada Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən danışıb. “Şuşa hər keçən gün daha da gözəlləşir. Şəhərdə 4 muzey fəaliyyətə başlayıb, bir çox hotel və restoranlar açılıb. Amma əsas odur ki, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Uşaqlar məktəbə gedirlər. Hər ay yüz minlərlə insan Şuşanı ziyarət edir”, - deyə E. İskəndərov bildirib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Adbülsamet Taş, Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə və Ankara Hacı Bayram Veli Universitetinin Türk Dünyası Araşdırma Mərkəzinin müdiri Cəmilə Kınacı Baran Şuşa ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, yeni kitab qədim və bənzərsiz Şuşanın, ümumilikdə Qarabağın tarixinin, mədəni və ictimai həyatının, o cümlədən bu diyarın maarifçi, həmçinin mədəniyyət, incəsənət və ictimai xadimlərinin TÜRKSOY-a üzv ölkələrdə daha yaxından tanınmasına imkan yaradacaq.

Qeyd edək ki, yeni kitabda Qarabağ xanlığının yaradılmasını şərtləndirən amillər, bu bölgənin tacı olan Şuşanın qədim tarixi, mədəni və strateji əhəmiyyəti tədqiq edilib. Həmçinin Şuşanın əsasının qoyulmasından indiyə qədər keçilən bütün tarixi mərhələlər geniş şəkildə əhatə olunub. Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm xidmətlər göstərən və əslən Şuşadan olan Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət və ictimai xadimləri haqqında geniş məlumat verilib.

Eyni zamanda, kitabda Şuşanın işğalından əvvəlki tarixi yerləri və memarlıq abidələrinin fotoları yer alıb. Bununla yanaşı, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Şuşanın işğalı zamanı şəhərdə mədəni soyqırımı siyasəti, xüsusilə tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qalması da fotolarla diqqətə çatdırılıb. Həmçinin ilk dəfə olaraq qədim Şuşa qalasının işğaldan əvvəl, işğal vaxtı və işğaldan sonrakı dövrünü əks etdirən çoxsaylı fotoları izahlı şəkildə öz əksini tapıb.

Bununla yanaşı, kitabda dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə Qarabağda milli ruhun yüksəldilməsi istiqamətindəki çoxşaxəli fəaliyyəti, xüsusilə Şuşaya zəngin tarixi abidə kimi qayğısı tarixi faktlar əsasında geniş tədqiq edilib.

Bundan əlavə, Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsini şərtləndirən amillər, xüsusilə hərbi-diplomatik və informasiya məkanında uğurlar təhlil olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsindən sonra şəhərin əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan mühüm işlər sistemli şəkildə, geniş tədqiq edilib və fotolarla diqqətə çatdırılıb.

Kitabda Şuşada keçirilən beynəlxalq tədbirlərə, eləcə də Azərbaycan ilə Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinə və digər bu kimi məsələlərə də geniş yer verilib.

Qeyd edək ki, kitab təqdimatı çərçivəsində “Şuşa-2023 TÜRKSOY rəssamlar görüşü” adlı rəsm və “Şuşa-2023 Türk dünyası paytaxtı” adlı fotosərgilərinin açılışı da olub.

Türkiyədə nəfis şəkildə nəşr edilən kitab, Şuşa şəhəri işğaldan azad edildikdən sonra müəllif Elçin Əhmədovun müxtəlif məzmun və formatda 14-cü kitabıdır. Onlardan 10-u xarici ölkələrdə nəşr edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Avqust 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri