Icma.az
close
up
RU
ADNSU da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib FOTOLAR

ADNSU da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib FOTOLAR

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevralın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib. SİA xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları salamlayaraq layihənin tələbələrin sosial fəaliyyətlərindəki əhəmiyyətindən bəhs edib. Dövlətin vətəndaşlarının ali təhsil imkanlarının yaxşılaşdırılması, əlçatanlığı təmin etmək, həmçinin elmi innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışan rektor TələbəPlus kartının bu mənada tələbələr üçün innovativ təşəbbüs olduğunu bildirib. Rüfət Əzizov ölkəmizdə tələbələr üçün geniş imkanların mövcud olduğunu qeyd edərək Təhsilin İnkişafı Fondunun həyata keçirdiyi layihələrin təhsilin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. O, Fondun fəaliyyətini yüksək qiymətləndirərək bu sahədəki uğurların davamlı olacağına inandığını bildirib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təhsilin məzmunun inkişafı sahəsində görülən mühüm işlər və ölkə başçısının bu layihələrə göstərdiyi dəstəyi qeyd edib. Elnur Nəsibov həmçinin, TələbəPlus layihəsinin yaranması ideyasından və məqsədindən danışaraq TələbəPlus kartlarının bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıdığını vurğulayıb. İdarə Heyətinin Sədri əməkdaşlıq müqaviləsi imzalanmış 23 universitet üzrə bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 190000 tələbənin TələbəPlus kartı ilə təmin edilməkdə olduğunu diqqətə çatdıraraq bu siyahıya Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda yerləşən ali təhsil müəssisələrin də daxil olduğunu bildirib. Tədbirdə iştirak edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədri Araz Paşayev çıxışında ittifaqın fəaliyyətindən söz açaraq ATİAHİ Respublika Komitəsinin yeni layihələrlə təhsilin inkişafını daim dəstəklədiyini, eyni zamanda ittifaq üzvləri üçün əlçatanlığı təmin etmək məqsədilə bir sıra layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Araz Paşayev komitənin elm və təhsil sahəsində həyata keçirilən ən innovativ layihələrin daim yanında olduğunu bildirib. Bu nöqtədən, sədr ötən il ATİAHİ ilə TİF arasında imzalanan əməkdaşlıq memorandumundan sonra daha sıx əməkdaşlıq etdiklərini vurğulayaraq ATİAHİ-nin TələbəPlus təşəbbüsünə dəstək göstərməsindən məmnunluğunu qeyd edib. CELT Tədris və İnkişaf Mərkəzinin direktoru Xəyyam Dəmirov ADNSU-da belə bir tədbirdə iştirakdan məmnunluğunu bildirib və layihənin tərəfdaşı kimi tələbəbə yönümlü layihənin bir parçası olmaqdan qürur hissi keçirdiyini vurğulayıb. Sonra CELT Tədris və İnkişaf Mərkəzinin nümayəndələri Nərminə Abdullayeva və Fərid Kərimov mərkəz haqqında təqdimatla çıxış ediblər.

Qeyd edək ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Fevral 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri