Icma.az
close
up
RU
ADNSU da Vyetnamın ilk Prezidenti Ho Şi Minin 135 illiyinə həsr edilmiş Memorial otağın açılışı olub

ADNSU da Vyetnamın ilk Prezidenti Ho Şi Minin 135 illiyinə həsr edilmiş Memorial otağın açılışı olub

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vyetnamın görkəmli siyasi xadimi, ilk Prezidenti Ho Şi Minin anadan olmasının 135 illiyinə həsr olunmuş və Vyetnam-Azərbaycan əməkdaşlığını əks etdirən Memorial otağın açılış mərasimi keçirilib. Sia-ya verilən məlumata görə, Tədbir Azərbaycan ilə Vyetnam arasında tarixi dostluq münasibətlərinin və enerji sahəsində əməkdaşlığın rəmzi olaraq təşkil olunub. Mərasimdə energetika naziri Pərviz Şahbazov, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov, Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov, həmçinin hər iki ölkənin dövlət və hökumət rəsmiləri, elm və təhsil sahəsinin nümayəndələri, eləcə də ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, “PetroVietnam” şirkətinin Müşahidə Şurasının sədri Le Mahn Hung çıxış edərək Azərbaycan-Vyetnam münasibətlərinin tarixi əsaslarından, enerji sahəsindəki birgə layihələrdən və Ho Şi Minin siyasi irsinin bu münasibətlərə təsirindən danışıblar. Çıxışlar zamanı Ho Şi Minin xalqlar arasında dostluğun və həmrəyliyin təşəkkülündə oynadığı rol vurğulanıb. Ardınca Memorial otağın açılışı olub. Memorial otağın ekspozisiyasında Ho Şi Minin həyat və fəaliyyətini əks etdirən materiallar, eləcə də Azərbaycan ilə Vyetnam arasında neft və qaz sənayesində əməkdaşlığa dair tarixi sənədlər yer alıb.

Tədbir çərçivəsində otağa baxış keçirilib, nümayəndələr birgə xatirə şəkli çəkdiriblər. Sonda tədbirin əhəmiyyəti vurğulanaraq belə təşəbbüslərin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyi bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 May 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see167

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see165

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see155

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see139

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see138

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see138

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see134

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri