ADNSU nun gənc tədqiqatçıları BİR ARADA NASCO XXVIII in açılış mərasimi baş TUTDU VİDEO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı – NASCO XXVIII-in açılış mərasimi baş tutub.
Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış elm xadimləri, ali təhsil müəssisələrinin rektorları, professor-müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov konfransın ölkənin elmi həyatında uzun illərdir mühüm platforma rolunu oynadığını bildirib. Rektor statistik göstəricilərə əsaslanaraq qeyd edib ki, NASCO XXVIII 609 qəbul olunmuş iştirakçı ilə ümumi göstəricilər üzrə liderdir.
Ətraflı videosüjetdə:
Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Dekabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















