Icma.az
close
up
RU
ADNSUda “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı keçirilib AZƏRTAC

ADNSUda “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı keçirilib AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Tədbiri açan ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov kitabın İrəvanın zəngin tarixi, çoxəsrlik mədəni irsi və tanınmış şəxsiyyətləri haqqında ətraflı məlumat verən geniş bir tədqiqat əsəri kimi dəyərli mənbə olduğunu deyib.

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu, akademik Abel Məhərrəmov, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərli, tibb elmləri doktoru, professor Paşa Qəlbinur və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin eksperti Səməd Vəkilov gündən-günə aktuallaşan mühüm bir mövzuda dəyərli elmi-nəzəri əhəmiyyəti olan kitab ərsəyə gətirdiyi üçün müəllifi təbrik ediblər, İrəvanın zəngin tarixi, çoxəsrlik mədəni irsi və orada yetişmiş tanınmış şəxsiyyətləri haqqında ətraflı məlumat verən dəyərli bir tədqiqat əsəri kimi kitabın əhəmiyyətindən danışıblar.

Çıxışçılar bildiriblər ki, İrəvan şəhərinin tarixi və şəxsiyyətləri haqqında məlumatların toplanması, sistemləşdirilməsi və nəşr edilməsi yalnız tarixi faktların qorunub saxlanılması üçün deyil, həm də gələcək nəsillərin milli-mənəvi dəyərləri daha dərindən öyrənməsi baxımından böyük əhəmiyyət daşıyır. Onlar, həmçinin belə tədqiqatların yerli və beynəlxalq səviyyədə təbliğinin zəruriliyini qeyd edib, İrəvanın tarixi mirasının qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması baxımından əvəzsiz rol oynadığını vurğulayıblar.

Sonda çıxış edən müəllif Fəridə Səfiyeva “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının Prezident İlham Əliyevin alimlərə çağırışına cavab olaraq yazıldığını vurğulayıb. O, kitabın Qərbi Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliğ edilməsi istiqamətində dövlətimizin gördüyü genişmiqyaslı işlərin tərkib hissəsi olacağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə çap olunmuş “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabı ötən əsrdə Qərbi azərbaycanlıların deportasiyaları zamanı İrəvanda baş vermiş hadisələrdən və şəhərin tanınmış şəxsiyyətlərindən bəhs edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see122

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri