Icma.az
close
up
RU
Bakı Kitab Mərkəzində “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı olub AZƏRTAC

Bakı Kitab Mərkəzində “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı olub AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də Bakı Kitab Mərkəzində “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin təsisçisi, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı keçirilib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə çap olunmuş kitab ötən əsrdə Qərbi azərbaycanlıların deportasiyaları zamanı İrəvanda baş vermiş hadisələrdən və şəhərin tanınmış şəxsiyyətlərindən bəhs edir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov əsərin İrəvanın tarixi həqiqətlərini, mədəniyyətini və orada yaşamış tarixi şəxsiyyətlərin fəaliyyətini daha dərindən öyrənmək baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, bu kimi tədqiqatların İrəvanın tarixi mirasının qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması baxımından əvəzsiz rol oynadığını vurğulayıb.

Professor Dilarə Seyidzadə, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova, tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli və Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxışlarında qeyd ediblər ki, kitab İrəvanın zəngin tarixi, çoxəsrlik mədəni irsi və orada yetişmiş tanınmış şəxsiyyətlər haqqında ətraflı məlumat verən dəyərli bir tədqiqat əsəridir. Əsər, əsasən, unikal və etibarlı tarixi mənbələrə, eləcə də arxiv sənədlərinə və araşdırmalara əsaslanaraq hazırlanıb.

Çıxış edənlər bildiriblər ki, İrəvan şəhərinin tarixi və şəxsiyyətləri haqqında məlumatların toplanması, sistemləşdirilməsi və nəşr edilməsi yalnız tarixi faktların qorunub saxlanılması üçün deyil, həm də gələcək nəsillərin milli-mənəvi dəyərləri daha dərindən öyrənməsi baxımından böyük əhəmiyyət daşıyır. Natiqlər çıxışlarında belə tədqiqatların yerli və beynəlxalq səviyyədə diqqətə çatdırılmasının zəruriliyini vurğulayıblar. Onlar vurğulayıblar ki, bu kimi əsərlərin daha da təkmilləşdirilməsi, bir neçə xarici dilə tərcümə olunması, İrəvan şəhərinin tarixi və şəxsiyyətləri haqqında məlumatların toplanması və nəşr edilməsi gələcək nəsillərin məlumatlanması baxımından önəmlidir.

Kitabın müəllifi Fəridə Səfiyeva bildirib ki, İrəvan şəhərində Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirilməsi və bu həqiqətlərlə yanaşı, İrəvan şəxsiyyətlərinin tanıdılması baxımdan kitabın yayılması məqsədəuyğundur.

Onun sözlərinə görə, "İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabı Prezident İlham Əliyevin alimlərə çağırışına cavab olaraq yazılıb.

Müəllif kitabın Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dövlətimizin gördüyü genişmiqyaslı işlərin tərkib hissəsi olacağına ümid etdiyini söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri