Icma.az
close
up
RU
ADP İdarə Heyətinin toplantısı keçirilib

ADP İdarə Heyətinin toplantısı keçirilib

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Qarabağ separatçılarına azadlıq tələb edilməsi yolverilməz hesab edilib…

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.

Toplantı iştirakçıları ilk növbədə Ukrayna ilə Rusiya arasında davam edən müharibənin sülh yolu ilə başa çatdırılması istiqamətində ABŞ-ın moderatorluğu ilə ötən həftə ərzində davam edən danışıqlar ətrafında fikir mübadiləsi aparıb. Müzakirələr zamanı aparılan danışıqlarda ciddi nəticələrin əldə edilməməsi təəssüf hissi ilə qarşılanıb. Başqa dövlətlərin də bu müharibəyə qoşulma riski nəzərə alınaraq, sülh danışıqlarında iştirak edən dövlətlərin bu problemin həllinə daha məsuliyyətli yanaşmalarının, qarşılıqlı güzəştlər əsasında sülhə nail olunmasının vacibliyi qeyd edilib. İdarə Heyəti eyni zamanda Avropa İttifaqı tərəfindən Rusiya aktivlərinin müddətsiz olaraq dondurulması və Ukraynaya 90 milyard avro kredit ayrılması ilə bağlı qəbul etdiyi qərarı dəstəkləyib, bu addımı Rusiya işğalına qarşı təsirli addım kimi dəyərləndirib.

İdarə Heyəti ötən həftə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ətrafında da müzakirə aparıb. Bu qətnaməyə birmənalı münasibətin bildirilməsinin yanlış olduğunu qeyd edən müzakirə iştirakçıları həmin qətnamədə ölkədə siyasi məhbusların azadlığa buraxılması tələbini təqdir edib, lakin həmin qətnamədə Azərbaycan xalqına, dövlətinə, ərazi bütövlüyü və suverenliyinə qarşı ağır cinayət əməlləri törətmiş Qarabağ separatçılarını siyasi məhbuslarla eyni statusda dəyərləndirilməsini və onlara da azadlıq tələb edilməsini yolverilməz olduğunu bildirib, eyni zamanda bu fakt Azərbaycanda siyasi məhbus probleminin həllinə mane kimi dəyərləndirilib. 

İdarə Heyəti ölkə başçısı İlham Əliyevin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının və MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinə də münasibət bildirib. Qeyd edilib ki, ötən ilin 25 dekabr tarixində Rusiya səmasında Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı məsələnin bu günədək açıq qalması və Rusiyanın imperial güclərinin Azərbaycana təzyiqlərinin davam etdiyi bir müddətdə ölkə başçısının bu addımı təqdir edilib, diqqəti iki dövlət arasında mövcud olan problemlərə cəlb edilməsi baxımından bu addımın əhəmiyyəti qeyd edilib.

İdarə Heyəti Türkiyə və Azərbaycan Müdafiə Nazirləri arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair imzalanmış memorandumun ötən həftə Milli Məclisdə ratifikasiya edilməsini təqdir edib, bu faktın Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətli olduğu qeyd edilib, anoloji memorandumun Pakistan dövləti ilə imzalanmasının arzu olunan olduğu bildirilib.

İdarə Heyəti ötən həftə Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun görüşünə də münasibət açıqlayıb. İki ölkə arasında münasibətlərin strateji müstəviyə qaldırılması naminə bu prosesin sürətləndirilməsinin vacibliyini qeyd edən toplantı iştirakçıları belə bir razılaşmanın əldə olunacağını Azərbaycanın müstəqilliyinə və suverenliyinə töhvə verəcəyini qeyd edib. Eyni zamanda Azərbaycanın ABŞ-la strateji müttəfiqliyə gedən əməkdaşlıq fonunda aparıcı Avropa dövlətləri ilə də müttəfiqlik sahəsində əməkdaklığın zəruriliyi vurğulanıb.

İdarə Heyəti Azərbaycandan Ermənistana enerji resurslarının ötürülməsi hadisəsini də müzakirə edib. Baş verən hadisə iki ölkə arasında qarşılıqlı etimadın və sülh mühitinin formalaşmasına xidmət etdiyi, eyni zamandan Ermənistanın Rusiyadan enerji asılılığının azaldılması baxımından əhəmiyyətli olduğu qeyd edilib.

İdarə Heyəti qış fəslinin başlaması ərəfəsində uşaqlar arasında infeksion xəstəliklərin kütləvi xarakter almasına, eyni zamanda yaşayış binalarında baş verən yanğınlara və dəm qazından zəhərlənmələrə diqqət çəkib. Qeyd olunan problemlərin qarşının alınması istiqamətində aidiyyatı dövlət orqanlarının profilaktik tədbirlər görməsinin vacibliyi qeyd edilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Dekabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri