ADPU Avrasiya Universitetlər Birliyinin iclasında təmsil olunub AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 14 yanvar, AZƏRTAC
Yanvarın 14-də Avrasiya Universitetlər Birliyinin (EURAS) İdarə Heyətinin onlayn iclası keçirilib.
İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov, strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
İclasda rektor Cəfər Cəfərov Pedaqoji Universitetin EURAS üzvü kimi fəaliyyəti barədə məlumat verib və əməkdaşlıq perspektivləri haqqında danışıb.
Görüş zamanı EURAS-nin növbəti fəaliyyət istiqamətləri, xüsusilə “EURAS NextGen” və “EURAS QforSD” platformalarının icmalı, eləcə də 2025-ci il üçün EURIE sammitinə hazırlıq məsələləri müzakirə edilib. Görüşdə, həmçinin EURAS-nin yeni İdarə Heyəti üzvlərinin vəzifə və öhdəliklərindən bəhs edilib.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:68
Baxış sayı:68 Bu xəbər 14 Yanvar 2025 17:13 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 14 Yanvar 2025 17:13 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















