Icma.az
close
up
RU
Keniyalı iqlim müdafiəçisi: Azərbaycan qlobal iqlim dialoqunu gücləndirir

Keniyalı iqlim müdafiəçisi: Azərbaycan qlobal iqlim dialoqunu gücləndirir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 31 oktyabr, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycan bir dövlətin milli maraqları ətraf mühitin mühafizəsinə dair beynəlxalq öhdəliklərlə necə uzlaşdıra biləcəyinə dair nümunə göstərir. Transsərhəd su ehtiyatlarının, biomüxtəlifliyin qorunması və havanın çirkləndirilməsi ilə mübarizə sahəsində birgə səylər Cənubi Qafqazda uzunmüddətli ekoloji sabitlik üçün əsas yaradır.

Bu barədə AZƏRTAC-a Keniyada ətraf mühitin mühafizəsi üzrə “Consortium of Grassroots” QHT Konsorsiumunun prezidenti və “TUBAE-International” ətraf mühitin mühafizəsi təşəbbüslərin icraçı direktoru Eliud Emeri bildirib.

Onun sözlərinə görə, region ölkələri arasında dialoq və təcrübə mübadiləsi olmadan ortaq təbii sərvətlərin effektiv idarə olunması mümkün deyil.

Ekspert həmçinin, eyni zamanda bir neçə ölkəyə təsir edən iqlim dəyişiklikliyinə uyğunlaşma sahəsində birgə layihələrin əhəmiyyətini və təbii fəlakət risklərini azaltmaq üçün səylərin birləşdirilməsi zəruriliyini vurğulayıb.

Agentliyin həmsöhbəti vətəndaş cəmiyyəti və yerli icmaların təbii sərvətlərin birgə idarəsi prosesinə cəlbinin əhəmiyyətini vurğulayaraq, bu cür təşəbbüslərin ölkələr arasında etimadın formalaşmasına kömək etdiyini, bilik mübadiləsi üçün platformalar yaratdığını və regionun iqlim dəyişmələrinə uyğunlaşmaq qabiliyyətini yaxşılaşdırdığını qeyd edib.

E.Emeri xatırladıb ki, Azərbaycan qonşu dövlətlər üçün nümunə ola biləcək bərpaolunan enerji və iqlim riskləri ilə bağlı erkən xəbərdarlıq layihələrini fəal şəkildə inkişaf etdirir Uğurlu regional əməkdaşlıq təkcə ekoloji deyil, həm də siyasi sabitliyə töhfə verir.

“Cənubi Qafqaz ölkələri qüvvələrini birləşdirərsə, onlar transsərhəd su və torpaq ehtiyatlarını daha effektiv idarə edə, quraqlıq və daşqınların təsirini azalda biləcəklər. Azərbaycan Ermənistan və Gürcüstan da daxil olmaqla qonşu ölkələrlə birgə ekoloji layihələri və dialoq platformalarının təşəbbüskarı kimi çıxış edə bilər. Bu cür hərəkətlər etimadın möhkəmlənməsinə töhfə verir və regionda uzunmüddətli dinc əməkdaşlıq üçün şərait yaradır. Azərbaycan düzgün yanaşma ilə bir ölkənin iqtisadi inkişafı davamlı ekoloji siyasət ilə birləşdirə biləcəyini nümayiş etdirir”, - deyə iqlim fəalı qeyd edib.

Ekspertin fikrincə, beynəlxalq tərəfdaşların və təşkilatların dəstəyi Azərbaycana iqlim proqramlarının regionda təsirini gücləndirməyə kömək edir. Bununla yanaşı, Azərbaycanın regional əməkdaşlıqdakı aktiv rolu digər ölkələr üçün nümunə ola bilər və davamlı inkişaf və beynəlxalq dialoqun inteqrasiyası imkanlarını nümayiş etdirir.

Ötən il COP29-un Bakıda keçirilməsini və qlobal iqlim dialoqunun gücləndirilməsindəki rolunu yüksək qiymətləndirən E.Emeri, COP29-un şəhərin təmizliyi, düşünülmüş infrastrukturu və paytaxtda yaşıl məkanların və süni meşələrin yaradılması da daxil olmaqla detallara diqqət yetirilməsi sayəsində unudulmaz təəssürat yaratdığını söyləyib: “Bu təşəbbüs ölkənin iqlim dəyişmələrinə uyğunlaşma və onun nəticələrinin yumşaldılmasına ciddi münasibətini nümayiş etdirir. Azərbaycan dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyədə iştirakını təmin edə bildi, konstruktiv dialoq və təcrübə mübadiləsi üçün platforma yaratdı. COP29 Braziliyanın Belem şəhərində COP30-a doğru atılan mühüm addım oldu və qlobal iqlim təşəbbüslərinə sadiq bir ölkə kimi Azərbaycanın mövqeyini gücləndirdi”.

Ekspert iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılmasında inkişaf etməkdə olan ölkələrə dəstək olmaq üçün illik ən azı 300 milyard dollar səfərbər edilməsini nəzərdə tutan iqlim maliyyəsinin yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) qəbul edilməsinə xüsusi diqqət yetirib. Konsorsium rəhbərinin sözlərinə görə, bu qərar həm dövlət, həm də özəl mənbələrdən maliyyələşdirmənin artırılmasını hədəfləyən “Bakı-Belen” Yol xəritəsinin əsasını qoyur.

E.Emeri qeyd edib ki, Azərbaycan Qlobal İqlim Fondu tərəfindən dəstəklənən və ölkə əhalisinin və ekosistemlərinin dayanıqlığının gücləndirilməsinə töhfə verən iqlim riski ilə bağlı erkən xəbərdarlıq layihələrini fəal şəkildə inkişaf etdirir. “Bu, inkişaf etməkdə olan bir ölkənin əhalisini iqlim təhlükələrindən qorumaq üçün elmi yanaşmaları və yerli təşəbbüsləri necə effektiv şəkildə inteqrasiya edə biləcəyinə bir nümunədir”, - deyə o vurğulayıb.

Keniyalı iqlim müdafiəçisi həmçinin gənclərin və yerli icmaların təhsil təşəbbüsləri və bərpaolunan enerji layihələri də daxil olmaqla uyğunlaşma proseslərinə fəal şəkildə cəlb edilməsini vurğulayıb. Onun fikrincə, bu sosial birliyi gücləndirir və ətraf mühit sahədə gələcək liderlərdə praktik bacarıqları inkişaf etdirir.

Ekspert transsərhəd resursların effektiv idarə olunması və davamlı inkişaf üçün Azərbaycanla qonşu ölkələr, o cümlədən Ermənistan və Gürcüstan arasında regional əməkdaşlığın vacibliyini vurğuladı. O su ehtiyatlarının, biomüxtəlifliyin qorunması və havanın çirkləndirilməsinin azaldılması sahəsində birgə səylərin Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün ilkin şərtlər yaratdığını qeyd edib və iqlim siyasətinə etimadı artıran qərar qəbuletmə proseslərində şəffaflığın və vətəndaş cəmiyyətinin iştirakının əhəmiyyətini vurğulayıb.

Sonda E.Emeri əmin olduğunu bildirdi ki, Azərbaycanın səyləri digər ölkələr üçün nümunə olacaq və iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri