Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

ADPU da Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

ADPU da Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aprelin 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının “Ü.Hacıbəyli-68” Ərazi Partiya Təşkilatının (ƏPT) təşkilatçılığı ilə Aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə universitetin rəhbərliyi, hərbçilər, professor-müəllim heyəti, şəhid ailələrinin üzvləri və tələbələr iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar universitetin foyesində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış “Zəfər guşəsi”ni və Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər qoyublar.

Tədbirdə açılış nitqi ilə çıxış edən “Ü.Hacıbəyli-68” ƏPT sədri dosent Sultənəli Qurbanov Aprel döyüşlərinin əhəmiyyətindən danışaraq, bu qələbənin xalqın və ordunun birliyi sayəsində əldə edildiyini vurğulayıb.

ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxışında Aprel döyüşlərinin Azərbaycan tarixində mühüm hadisə olduğunu, bu qələbənin 2020-ci ildəki Böyük Zəfərin əsasını qoyduğunu bildirib. C.Cəfərov şəhidlərimizin igidliyinin heç zaman unudulmayacağını və onların xatirəsinin daim uca tutulacağını qeyd edib. Bu gün müstəqil və güclü Azərbaycanın regionda sabitliyin və inkişafın qarantı olduğunu qeyd edən rektor ordu quruculuğu sahəsində atılan addımların, şəhid və qazilərimizə göstərilən qayğının, Vətən müharibəsindən sonra azad olunan torpaqlarda aparılan genişmiqyaslı quruculuq işlərinin ölkəmizin inkişaf yolunu daha da möhkəmləndirdiyini diqqətə çatdırıb.

Tədbirdə şəhid ailələrinin üzvləri – Milli Qəhrəman Polad Həşimovun anası Səmaya Həşimova, şəhid Cabrayıl Dövlətzadənin anası Məleyka Məmmədzadə, şəhid Xudayar Yusifzadənin anası Rada Qurbanova və şəhid Pəncəli Teymurun anası Vahimə Teymurova çıxış edərək, övladlarının timsallarında qəhrəman Azərbaycan oğullarının həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan söz açıblar. Onlar, həmçinin Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərə olan diqqət və qayğısına görə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndəsi Fərid Fərəyad döyüşlər zamanı hərbçilərimizin göstərdiyi igidlik və döyüş ruhundan danışıb, Azərbaycan Ordusunun Vətənə sədaqətini bir daha vurğulayıb.

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev çıxış edərək Aprel döyüşlərinin tarixi əhəmiyyətindən və bu cür tədbirlərin gənclər arasında vətənpərvərlik ruhunun aşılanması baxımından vacibliyindən söz açıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see516

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see385

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see379

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see370

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see348

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see347

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see301

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see283

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see256

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see247

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see245

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see237

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see233

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see229

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see222

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see215

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see197

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see194

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see180

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri