Icma.az
close
up
RU
ADPU da maarifpərvər xeyriyyəçi Ağa Musa Nağıyevin irsinə həsr olunmuş tədbir keçirilib

ADPU da maarifpərvər xeyriyyəçi Ağa Musa Nağıyevin irsinə həsr olunmuş tədbir keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tarix və coğrafiya fakültəsinin təşəbbüsü ilə Azərbaycanın xeyriyyəçilik tarixində silinməz iz qoymuş görkəmli neft sənayeçisi və maarifpərvər xeyriyyəçi Ağa Musa Nağıyevin irsinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan bildirilib. Tədbiri açan ADPU-nun rektoru professor Cəfər Cəfərov Ağa Musa Nağıyevin Azərbaycanda cəmiyyətin rifahında, təhsil və səhiyyənin inkişafında göstərdiyi mühüm xidmətlərdən danışıb. Bildirilib ki, o, təkcə uğurlu sahibkar deyil, həm də sərvətini xalqın rifahına yönəltmiş bir vətənpərvər idi. Onun Bakıda inşa etdirdiyi məktəb, xəstəxana və digər ictimai obyektlər bu gün də fəaliyyət göstərməkdədir.

ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti Taleh Cəfərov tədbirdə “Ağa Musa Nağıyev: neftdən xeyriyyəçiliyə uzanan yol” mövzusunda məruzə ilə çıxış edib. O, Ağa Musa Nağıyevin sadə ailədən çıxaraq zəhmət, bacarıq və istedadı sayəsində neft sənayesində uğur qazanmasını və əldə etdiyi sərvəti millətin inkişafına sərf etməsini geniş faktlarla izah edib.

Tədbirdə çıxış edən Ağa Musa Nağıyevin nəvəsi Dilarə Ağamusa Nağıyeva-Muxtarova artıq 30 ildən çoxdur ki, babasının zəngin həyat və fəaliyyətini elmi və publisistik aspektdən araşdıraraq geniş auditoriyaya çatdırdığını vurğulayıb. Çıxışında bu istiqamətdə ərsəyə gətirdiyi bir sıra əsərlərdən danışan Dilarə Ağamusa Nağıyeva-Muxtarova tədbir iştirakçılarına son kitabı olan “Tarix yaşadan binalar” nəşrini təqdim edib.

Vurğulanıb ki, Bakı şəhərində yerləşən, əksəriyyətinin bu gün də fəaliyyət göstərdiyi 98 bina məhz Ağa Musa Nağıyev tərəfindən inşa olunub. Onların sırasında realnı məktəb, şəhər xəstəxanası, Zaqafqaziya Müəllimlər Seminariyasının Bakı şöbəsi və digər əlamətdar tikililər yer alır.

Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova tədbirdə çıxış edərək Dilarə Ağamusa Nağıyeva-Muxtarovanın böyük xeyriyyəçi Ağa Musa Nağıyevin irsini yaşatmaq istiqamətində göstərdiyi fədakar fəaliyyəti yüksək dəyərləndirib. Onun bu işə göstərdiyi sadiqlik, elmi dəqiqlik və maarifçilik ruhu iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda iştirakçılar arasında maraqlı fikir mübadiləsi aparılıb, Ağa Musa Nağıyev irsi ilə bağlı suallar cavablandırılıb və müxtəlif təkliflər səsləndirilib. Qeyd olunub ki, belə tədbirlər gənc nəslin tarixi şəxsiyyətləri daha dərindən tanıması, xeyriyyəçilik və vətənpərvərlik dəyərlərinin aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. ADPU-nun təşkilatçılığı ilə keçirilən bu formatda görüşlər həm tarixi yaddaşın qorunmasına, həm də vətəndaş məsuliyyətinin inkişafına töhfə verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri