Icma.az
close
up
RU
ADPU nun rektoru X Avrasiya Ali Təhsil Zirvəsində iştirak edib

ADPU nun rektoru X Avrasiya Ali Təhsil Zirvəsində iştirak edib

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov 8-10 aprel 2025-ci il tarixlərində Avrasiya Universitetlər Birliyinin (EURAS) təşkilatçılığı ilə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən X Avrasiya Ali Təhsil Zirvəsində (EURIE 2025) iştirak edib.
Beynəlxalq təhsil ictimaiyyəti üçün əhəmiyyətli hadisələrdən biri olan EURIE 2025 Zirvəsində 65 ölkədən 2000-dən çox ali təhsil nümayəndəsi iştirak edib.

Tədbir çərçivəsində 320 təşkilatın iştirakı ilə 156 natiqin çıxış etdiyi 52 paralel panel, seminar və konfrans təşkil olunub. Sessiyalarda ali təhsildə beynəlmiləlləşmə trendləri, tələbə və müəllim mobilliyi, Erasmus+ proqramı, rəqəmsal transformasiya, keyfiyyət təminatı və davamlı akademik əməkdaşlıq kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Professor Cəfər Cəfərov tədbirdə bir sıra uğurlu görüşlər keçirib, beynəlxalq əməkdaşlıq, tələbə mobilliyi və təhsil məsləhətçiliyi istiqamətində beynəlxalq əməkdaşlıq müqaviləsi imzalayıb.

Zirvə çərçivəsində, həmçinin Malayziyanın təhsil naziri Zambry Abd Kadirin iştirakı ilə Türkiyə-Malayziya Birgə Forumu, Türk Ali Təhsil Paneli, eləcə də EURAS ilə əməkdaşlıq protokolunun imzalanması kimi mühüm tədbirlər baş tutub. Bağlanış iclasında İstanbul Texniki Universitetinin rektoru prof. Hasan Mandal, Potsdam Universitetinin rektoru Florian Schweigert və DAAD Baş katibi Kai Sicks çıxış ediblər.

EURIE 2025 Zirvəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə yanaşı, ölkəmizi daha 7 ali təhsil müəssisəsi təmsil edib.

Qeyd edək ki, Avrasiya Universitetlər Birliyi – EURAS, 2008-ci ildə təsis edilmiş və Avrasiya regionundan 110-dan çox ali təhsil müəssisəsini birləşdirən beynəlxalq qeyri-kommersiya assosiasiyasıdır. ADPU 22 noyabr 2023-cü il tarixindən etibarən EURAS-ın üzvüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri