Icma.az
close
up
RU
AzMİU “EURIE 2025 Avrasiya Ali Təhsil Zirvəsi”ndə təmsil olunub FOTOLAR

AzMİU “EURIE 2025 Avrasiya Ali Təhsil Zirvəsi”ndə təmsil olunub FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

2025-ci il 8–10 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində Avrasiya Universitetlər Assosiasiyasının (EURAS) təşkilatçılığı ilə “EURIE 2025 – Avrasiya Ali Təhsil Zirvəsi” baş tutub.

"Unikal" xəbər verir ki, sayca 10-cu dəfə keçirilən bu beynəlxalq tədbir ali təhsilin beynəlmiləlləşdirilməsi, strateji tərəfdaşlıqların qurulması və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.

İstanbulun Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Mərkəzində təşkil olunan Zirvə 65 ölkədən 2000-dən artıq iştirakçını – ali təhsil rəhbərlərini, akademikləri, beynəlxalq təşkilat nümayəndələrini və sənaye təmsilçilərini bir araya gətirib. Tədbir çərçivəsində 150-dən çox ali təhsil müəssisəsinin stendi nümayiş etdirilib, 60-dan artıq panel müzakirəsi və 150 beynəlxalq ekspertin iştirakı ilə paralel sessiyalar həyata keçirilib. Sessiyalarda ali təhsildə beynəlmiləlləşmə trendləri, tələbə və müəllim mobilliyi, mübadilə proqramları, rəqəmsal transformasiya, keyfiyyət təminatı və davamlı akademik əməkdaşlıq kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu nüfuzlu beynəlxalq tədbirdə İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov və Xarici əlaqələr şöbəsinin Ortaq təhsil proqramlarının idarə olunması sektorunun müdiri Könül Şirinova tərəfindən təmsil olunub. Nümayəndələr universitetin beynəlxalq əlaqələrinin inkişafı, xarici tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi və beynəlmiləlləşmə strategiyasının təqdimatı istiqamətində fəallıq nümayiş etdiriblər.

Zirvə çərçivəsində AzMİU nümayəndələri Koç, Boğaziçi, Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti kimi Türkiyənin aparıcı ali təhsil ocaqları ilə yanaşı, Malayziya, Kanada, Polşa və Rumıniyadan olan universitetlərin və xaricdə təhsil şirkətlərin nümayəndələri ilə bir sıra görüşlər keçirilib. Görüşlər çərçivəsində əcnəbi tələbələrin AzMİU-ya cəlb olunması, tələbə və akademik mobilliyi, birgə tədqiqat layihələri və qarşılıqlı əməkdaşlıq imkanları məsələsi əsas prioritet istiqamət kimi diqqət mərkəzində olub. 

Tədbir çərçivəsində təşkil edilən sərgi zonasında AzMİU-nun stendi də təqdim olunub. Stend vasitəsilə universitetin tədris proqramları, tədqiqat istiqamətləri, mövcud beynəlxalq əməkdaşlıqları və gələcək tərəfdaşlıq imkanları barədə ətraflı məlumatlar təqdim edilib. Ziyarətçilərə tanıtım broşürləri və digər çap materialları paylanılıb. Stendə müxtəlif ölkələrin universitet rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və xarici tələbələr maraq göstəriblər.

Qeyd edilməlidir ki, AzMİU beynəlxalq əlaqələrin genişləndirilməsini, akademik mobilliyin stimullaşdırılmasını və tələbələr üçün qlobal təhsil imkanlarının yaradılmasını əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Bu kontekstdə “EURIE 2025 – Avrasiya Ali Təhsil Zirvəsi”ndə iştirak, AzMİU-nun Avrasiya regionunda çoxşaxəli inkişaf edən və beynəlxalq əməkdaşlıqlara açıq ali təhsil müəssisəsi kimi mövqeyini bir daha təsdiqləyib.
   


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Aprel 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri