Icma.az
close
up
RU
Qafqaz Müsəlmanları İdarəsinin sədri 28 ci Avrasiya İqtisadi Zirvəsində iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri 28 ci Avrasiya İqtisadi Zirvəsində iştirak edib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 8 may, AZƏRTAC

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə Türkiyə Respublikasında olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edib.

Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri və siyasətçilərin iştirak etdiyi Zirvədə şeyxülislam fəxri qonaq kimi çıxış edib. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin mənəvi dəyərlərimizi, milli kimliyimizi, tarixi nailiyyətlərimizi özündə ehtiva edən, sosial-iqtisadi münasibətlərdə türk dünyasının maraqlarını təmsil edən, dünya miqyasında geniş ictimai və mədəni fəaliyyətini yüksək dəyərləndirən QMİ sədri qurumun 40 il ərzində həyata keçirdiyi humanitar layihələrə dünyanın hər yerində olduğu kimi Azərbaycanda da böyük rəğbət bəsləndiyini vurğulayıb Vəqfin rəhbəri Akkan Suveri Azərbaycanın sadiq dostu adlandırıb. Bildirib ki, görüşlərin əsas məqsədi dünyada baş verən qlobal fəlakətlərə və ictimai təhlükələrə qarşı birgə mövqeyimizi və həmrəyliyimizi nümayiş etdirməkdir: “Bu gün müasir dünyada meydana gəlmiş yeni təhlükəli meyillər, əsrlərlə insan təfəkküründə, mənəviyyatında yer almış dini-mədəni dəyərlərin təhrif və təhqir olunması, təəssüf ki, davam etməkdədir və bu da hər birimizin ümdə arzusu olan sülhün, barışın yaradılmasına ən böyük zərbəni vurmaqdadır. Biz dünyanın sabitliyinə təhlükə törədən bütün münaqişələrin, o cümlədən, Ukraynada, Yaxın Şərqdə, özəlliklə Qəzzada, Fələstində, habelə Afrikada müharibələrin tezliklə dayandırılmasının, ümumbəşəri mənafelər naminə sülh yolu ilə, beynəlxalq hüquq müstəvisində ədalətli həllinin tərəfdarıyıq”.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 40-cı ildönümü ərəfəsində keçirilən toplantıda A.Paşazadəyə qurumun ildönümü münasibətilə xatirə mükafatı təqdim olunub.

Tədbir çərçivəsində A.Paşazadə bir sıra tanınmış dövlət, din və ictimai xadimlərlə görüşlər keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri