Icma.az
close
up
RU
ATU nun əməkdaşları I Avrasiya Pediatriya Zirvəsində ölkəmizi təmsil ediblər

ATU nun əməkdaşları I Avrasiya Pediatriya Zirvəsində ölkəmizi təmsil ediblər

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 1 oktyabr, AZƏRTAC

Türkiyənin Diyarbakır şəhərində keçirilən I Avrasiya Pediatriya Zirvəsi və V Şərqi Pediatriya Konqresində Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti də iştirak edib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dicle Universitetinin Konqres Mərkəzində keçirilən tədbirdə 9 ölkədən ümumilikdə 2 min 56 iştirakçı bir araya gəlib. Tədbirdə Amerika Birləşmiş Ştatları, Polşa, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Kipr, İraq və digər ölkələrdən pediatriya sahəsində tanınmış mütəxəssislər çıxış ediblər.

ATU-nun Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli “Peyvəndlər, nevroloji fəsadlar” mövzusunda elmi məruzə ilə çıxış edərək, peyvəndlərin sinir sistemi üzərində təsirlərinə dair aktual elmi məlumatları iştirakçılarla bölüşüb. Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Bayramova isə “Peyvəndlə uşaq sağlamlığında körpülər qurmaq” mövzusunda keçirilən panel müzakirəsinə həmsədr olaraq qatılıb.

Konqresin açılış mərasimində çıxış edən Şərqi Pediatriya Dərnəyinin sədri, professor Velat Şen müasir dünyada uşaqların üzləşdikləri təhlükələrə diqqət çəkərək, “Artıq ayağa qalxmağın, insanlığın ən müqəddəs əmanəti olan uşaqlara sahib çıxmağın zamanıdır” fikrini vurğulayıb və beynəlxalq ictimaiyyəti uşaqlara qarşı zorakılığa son qoymağa çağırıb.

Tədbirin sonunda ATU-nun əməkdaşlarına konqresdəki elmi töhfələrinə və beynəlxalq əməkdaşlığa verdikləri dəstəyə görə Dicle Universitetinin Tibb fakültəsi və Şərqi Pediatriya Dərnəyi tərəfindən təşəkkür sertifikatları təqdim olunub.

Bundan əlavə, tədbirin təşkilindəki roluna görə Sağlıq Bilimləri Universitetinin Özbəkistan nümayəndəsi və Buxara İbn Sina Tibb fakültəsinin dekan vəkili dosent Aynur Feyzioğluna təşəkkür plaketi təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri