ADPU nun Şamaxı filialında Zəfər Günü qeyd olunub
Icma.az bildirir, Azvision portalına istinadən.
Tədbirdən əvvəl filialın şəhid məzunları üçün yaradılmış abidə ziyarət olunub, Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə qonaq qismində Vətən müharibəsi şəhidi Yusif Əliyevin anası Natavan Əliyeva, şəhid Ağacan Cəbrayılovun atası Zakir Cəbrayılov, Vətən müharibəsi iştirakçıları Elməddin Eminaliyev və Etibar Qarayev iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətindən, Azərbaycan xalqının həmrəyliyindən, Müzəffər Ordumuzun qəhrəmanlığından və Zəfərin milli qürur tariximizdəki yerindən bəhs edib. O, bu möhtəşəm Qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın birliyi və ordumuzun şücaəti sayəsində əldə olunduğunu vurğulayıb. Direktor şəhidlərimizin qəhrəmanlığının heç zaman unudulmayacağını, onların əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini qeyd edərək gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı “Azərbaycan dövlətçilik və hərb tarixində 44 günlük Vətən müharibəsinin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyünün bərpası və qazanılmış Qələbənin dövlətçilik tariximizdəki yeri diqqətə çatdırılıb.
Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminaliyev “Zəfər Azərbaycan xalqının birlik rəmzidir” mövzusunda çıxış edib. O, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi milli həmrəyliyin və birliyin Qələbənin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, bu tarixi Zəfər Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün və milli birliyimizin təntənəsidir.
Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov “8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur mənbəyidir” mövzusunda çıxışında Zəfər Gününün xalqımızın tarixi yaddaşında və milli qürurunda xüsusi yer tutduğunu qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyünün bərpasının dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri olduğunu diqqətə çatdırıb. Həmçinin bu Qələbənin gələcək nəsillər üçün vətənpərvərlik, milli ruh və qürur nümunəsi olduğunu bildirib.
Pedaqogika və psixologiya kafedrasının müəllimi Məlik Məlikov “Zəfərin auditoriyası: Müəllimlikdən şəhidliyə ucalanlar” mövzusunda çıxış edərək müəllimlik missiyasını Vətənə xidmət və qəhrəmanlıq nümunəsi ilə birləşdirən şəhidlərimizin həyat yolundan bəhs edib. O, müəllim adını daşıyan, eyni zamanda Vətən uğrunda canından keçən qəhrəmanların həyatının gənc nəsil üçün örnək olduğunu vurğulayıb. Şəhid müəllimlərin əziz xatirəsinin daim yaşadılmasının və onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
Tədbirdə həmçinin şəhid Yusif Əliyevin anası Natavan Əliyevaya, şəhid Ağacan Cəbrayılovun atası Zakir Cəbrayılova, Vətən müharibəsi iştirakçıları Elməddin Eminaliyevə və Etibar Qarayevə filialın rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim olunub. Qonaqlara tədbirdə iştiraklarına və Vətənimizin qəhrəmanlıq tarixinin yaşadılmasına verdikləri töhfəyə görə minnətdarlıq bildirilib.
Tədbirin bədii hissəsi Zəfər Gününün ruhuna uyğun hazırlanmış şeir, musiqi və rəqs nümunələri ilə davam etdirilib.
İlk olaraq Tarix və coğrafiya müəllimliyi ixtisasının I tədris ili tələbəsi Ruhiya Şərifova Rahil Məmmədin müəllifi olduğu “Bu gün” şeirini səsləndirib. Şeir Vətən sevgisini, Zəfər sevincini və milli qürur hissini özündə əks etdirib.
Daha sonra Nazrin Nəcəfovanın pianoda, Ramiz Həsənlinin tarda müşayiəti ilə “Ay Laçın” mahnısı ifa olunub. Musiqi nömrəsi tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Məktəbəqədər təhsil ixtisasının I tədris ili tələbəsi Səbinə Qarayevə Mahirə Nağıqızının müəllifi olduğu “Xoş görmüşük” şeirini təqdim edib. İfa zamanı milli-mənəvi dəyərlərimizə və doğma yurda bağlılıq hissləri ifadə olunub.
Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ili tələbəsi Hüsniyyə Hüseynova Solmaz Namazın müəllifi olduğu “Sən indi azadsan, azadsan vətən!” şeirini səsləndirib. Şeir Azərbaycanın azadlığına, ərazi bütövlüyünün bərpasına və Zəfər sevincinə həsr olunub.
Bədii hissədə İbtidai sinif müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Aişə Əvəzli və Məktəbəqədər təhsil ixtisasının II tədris ili tələbəsi Ağadostu Allahyarova tərəfindən “Uzundərə” rəqsi təqdim edilib. Milli rəqs nümunəsi tədbirə xüsusi rəng qatıb.
Tədbirin sonunda Tarix müəllimliyi ixtisasının III tədris ili tələbəsi Nihat Hümbətli tələbələr adından yekun çıxış edərək “Zəfər tələbə gənclərin gözü ilə” mövzusunda fikirlərini bölüşüb. O, Zəfər tarixinin gənc nəslin yaddaşında yaşadılmasının, qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Milli qürurumuzun təntənəsi ADPU nun Şamaxı filialında Zəfər Günü
06 Noyabr 2026 18:05
ADPU nun Şamaxı filialında Anım Günü milli qürur günümüzdür! mövzusunda tədbir keçirilib
26 Sentyabr 2025 06:25
ADPU nun Şamaxı filialında “Suverenliyimiz Gücümüz və Qürurumuzdur!” mövzusunda tədbir keçirilib
21 Sentyabr 2025 18:26
Laçında Zəfər Günü qeyd olunub
08 Noyabr 2024 12:58
Xorvatiyada Zəfər Günü qeyd olunub
06 Noyabr 2024 23:08
Baxış sayı:66
Bu xəbər 07 Noyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları