Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Dondurulmuş qidalar nə qədər təhlükəsizdir?

Dondurulmuş qidalar nə qədər təhlükəsizdir?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə dondurulmuş qida məhsullarına tələbatın artması onların keyfiyyəti, qida dəyəri və təhlükəsizliyi ilə bağlı sualları da aktuallaşdırır.

Meyvə, tərəvəz, ət və balıq məhsulları uzun müddət saxlanılması və istifadəsinin rahat olması baxımından istehlakçılar tərəfindən geniş seçilir.

Lakin bu məhsulların dondurulma prosesində faydalı maddələri nə dərəcədə qoruyub saxlaması, təzə məhsullarla müqayisədə sağlamlıq baxımından hansı fərqlərə malik olması müzakirə mövzusudur. 

Xüsusilə məhsulların əridildikdən sonra yenidən dondurulması, saxlanma temperaturunun pozulması və soyuq zəncirin qorunmaması qida təhlükəsizliyi ilə bağlı ciddi risklər yarada bilər. Bu baxımdan dondurulmuş qidaların istehlakının sağlamlığa təsirlərini, mümkün mikrobioloji təhlükələri və alarkən diqqət edilməli məqamları araşdırmaq vacibdir.

Dondurulmuş meyvə, tərəvəz, ət və balıq məhsulları təzə məhsullarla müqayisədə qida dəyərini nə dərəcədə qoruyub saxlayır?

Qida mütəxəssisi Fərid Səfərov “Cebheinfo.az”-a bildirib ki, dondurulmuş meyvə, tərəvəz, ət və balıq məhsulları düzgün texnologiya ilə dondurulduqda qida dəyərinin böyük hissəsini qoruyub saxlayır:

“Xüsusilə məhsul yığıldıqdan və ya emal edildikdən qısa müddət sonra dondurularsa, vitamin və mineralların itkisi minimum səviyyədə olur.
Bəzi hallarda uzun müddət saxlanılan təzə məhsullarla müqayisədə dondurulmuş tərəvəzlər daha yüksək miqdarda müəyyən vitaminləri saxlaya bilər. Dondurma mikroorqanizmlərin çoxalmasını dayandırsa da, onları tamamilə məhv etmir. Bəzi vitaminlər, xüsusilə C vitamini və fol turşusu, emal və saxlama zamanı müəyyən qədər azala bilər. Bununla belə, dondurulmuş məhsullar balanslı qidalanmanın tamamilə normal və faydalı hissəsi hesab olunur.

Onların müntəzəm istehlakının özlüyündə sağlamlığa mənfi təsiri yoxdur. Əsas məsələ məhsulun keyfiyyəti, tərkibi və saxlanma şəraitidir. Məsələn, duz, şəkər və müxtəlif souslar əlavə edilmiş dondurulmuş hazır məhsulları sadə dondurulmuş meyvə, tərəvəz, ət və balıqla eyniləşdirmək olmaz.

Dondurulmuş məhsul əridikdə, xüsusilə otaq temperaturunda saxlanıldıqda, mikroorqanizmlərin yenidən çoxalması üçün əlverişli şərait yaranır. “Salmonella”, “Listeria monocytogenes” və “E. Coli” kimi patogen bakteriyalar müəyyən şəraitdə sürətlə çoxala bilər.  Məhsulun yenidən dondurulması bu mikroorqanizmləri məhv etmir, sadəcə onların çoxalmasını müvəqqəti dayandırır. Nəticədə qida zəhərlənməsi riski arta bilər”.

O bildirib ki, istehlakçılar dondurulmuş məhsulları alarkən bir neçə vacib məqama diqqət etməlidirlər:

“Qablaşdırmanın bütöv olmasına, cırılma və zədələnmələrin olmamasına diqqət yetirməlidirlər. Eləcə də məhsulun istehsal və son istifadə tarixini, saxlanma temperaturunu yoxlamalıdırlar. Həmçinin, dondurulmuş məhsulların əsasən -18°C və daha aşağı temperaturda saxlanılması təmin edilməlidir.

Bundan başqa əridilmə prosesi otaq temperaturunda deyil, soyuducuda, soyuq suda (kip qablaşdırmada) və ya mikrodalğalı sobada həyata keçirilməlidir. Eyni zamanda, əridilmiş çiy ət və balığı bişirmədən yenidən dondurmaq olmaz. Soyuducuda təhlükəsiz şəkildə əridilmiş məhsullar isə müəyyən şərtlərlə yenidən dondurula bilər, lakin bu zaman keyfiyyət itkisi baş verə bilər. Bildirim ki, məhz burada məhsulun ilkin keyfiyyəti, soyuq zəncirin qorunması, düzgün əridilməsi və bişirilməsi qida təhlükəsizliyinin əsas şərtləridir”.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri