ADSEA: Məqsədimiz su şəbəkələrinin idarəetmə sisteminə qoşulmaların daha şəffaf şəkildə təminidir
"Vətəndaşların rifahı, sahibkarların inkişafı üçün çoxsaylı dövlət mexanizmləri mövcuddur. Məqsədimiz ölkəmizdə biznes mühitinin inkişafı, kommunal sistem, su şəbəkələrinin idarəetmə sisteminə qoşulmaların daha şəffaf şəkildə təminidir".
Pravda.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müavini İlham Bayramov deyib.
"2022-2023 və 2023-2024-cü illər üzrə yol xəritələri təsdiq olunub. Optimallaşma, yeni imkanların təmini, elektronlaşma istiqamətində işlər aparılıb. Şəhər icra hakimiyyətləri də elektron portala qoşulublar. Prosesin tam avtomatlaşdırılması, demək olar, təmin olunub. Müqavilələrin də tam elektronlaşmasını 2025-ci ildə nəzərdə tuturuq", - o bildirib.
Baxış sayı:80
Mənbə:https://pravda.az