ADY: TRACECA layihəsi üzrə vahid sənəd dövriyyəsinin təbiqinə start verilib
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (Transport Corridor Europe-Caucasus-Asia - TRACECA) layihəsi üzrə vahid sənəd dövriyyəsinin test rejimində təbiqinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Rəqəmsal inkişaf departamentinin baş məsləhətçisi Asif Hüseynov Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunmuş "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması" panel müzakirəsində bildirib.
"Bu çərçivədə Qazaxıstandan və Türkiyədən yüklərin qəbuluna start verilib. Bununla yanaşı, elektron məlumat mübadiləsi nöqteyi-nəzərindən işlər görülüb. Bildiyiniz kimi, bizim Qazaxıstanla və yaxud Gürcüstanla digər qonşu ölkələrdən fərqli formatlarımız mövcud olsa da, hazırda eyni format üzərindən TRACECA-nı təqdim edirik", - deyə o qeyd edib.


