Icma.az
close
up
RU
ADSEA: müştəri məmnuniyyəti artıb VİDEOREPORTAJ

ADSEA: müştəri məmnuniyyəti artıb VİDEOREPORTAJ

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ASAN xidmət, ASAN kommunal mərkəzlərində və KOB evlərində vətəndaşlara 15 xidmət üzrə fəaliyyət göstərir. Mərkəzlərə 2026-ci ilin 4 ayı ərzində 60163 müraciət daxil olub. Onlardan 39117-si yerində, 12032-si araşdırıldıqdan sonra icra edilib. 

Bakıvaxtı.az xəbər verir ki, KOB evlərində göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsi məqsədilə xidmət sayı 5-dən 15-ə çatdırılıb, 12 xidmət elektronlaşdırılıb. Onların mərhələli şəkildə “mygov” platformasına inteqrasiyası həyata keçirilir. Hazırda platform üzərindən elektron müraciətlər qəbul olunur.

Vətəndaşlara göstərilən xidmətlərin siyahısına “Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpasına dair müraciət” xidməti əlavə edilərək xidmətlərin sayı 15-ə çatdırılıb. Bu da öz növbəsində vətəndaşlara operativ xidmətin göstərilməsində mühüm rol oynayır.

İnklüziv xidmət mühiti də genişləndirilib. Məlumat kitabçaları və ərizə formaları sadələşdirilərək Brayl əlifbası ilə nəşr edilib. 

Eşitmə və nitq məhdudiyyətli vətəndaşlara əlverişli xidmət mühitinin yaradılması üçün ADSEA əməkdaşları surdo təlimlərə cəlb edilib və jest dili üzrə kursu uğurla bitiriblər.  

Eyni zamanda, xidmət keyfiyyətinin artırılması ilə bağlı əməkdaşlarımıza AZS İSO 10002:2022 müştəri məmnuniyyəti üzrə beynəlxalq standartlara əsaslanan təlimlər keçirilib. Bundan əlavə buklet və məlumat kitabçaları hazırlanaraq xidmət məntəqələrinə paylanılıb. 

ASAN xidmətdə fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları arasında hər ayın fəal işçisi seçilir. 

Ayın asançısı seçilən ADSEA-nın 1 saylı Asan Kommunal mərkəzində qrup rəhbəri Sevinc Ələkbərzadə qeyd edib ki, ayın asançısı olmaq üçün əsas meyarlar vətəndaşın müraciətinə uyğun olaraq düzgün yanaşmaq, problemi vaxtında dəqiq həll etmək və təşəbbüskarlıqdır: “Mən müraciətləri diqqətlə dinləyib praktik həll yolu tapmağa çalışdığım üçün fərqlənmişəm. Gündəlik işimdə sadəcə qaydaları yerinə yetirməklə kifayətlənmirəm. Vətəndaşın problemini dərindən anlamağa çalışıram. Lazım olduqda əlavə addımlar ataraq prosesi daha sürətli və səmərəli icra etməyə səy göstərirəm. Bu uğur birdən-birə gəlmir. Hər gün işimə ciddi yanaşmağımın nəticəsidir. Yeni başlayanlara bu işdə səbrli olmağı, vətəndaşı diqqətlə dinləməyi və öz işinə məsuliyyətlə yanaşmağı tövsiyə edərdim. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları olaraq əsas prinsipimiz vətəndaş məmnuniyyətini şəffaf şəkildə təmin etməkdir”.

ASAN xidmət, ASAN kommunal və KOB evlərində həyata keçirilən xidmətlərin məqsədi əhali və qeyri-əhali istehlakçıları üzrə göstərilən kommunal xidmətlərin əlçatanlığını təmin etmək, xidmət keyfiyyətini artırmaq və müştəri məmnuniyyətini yüksəltməkdən ibarətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 May 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri