ADSEA yeni, rəqəmsal QR Bələdçi platformasını istifadəyə verdi
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) vətəndaşların su xidmətləri ilə bağlı zəruri məlumatlara və xidmətlərə çıxışının daha da asanlaşdırılması məqsədilə yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib.
Modern.az Agentliyə istinadən xəbər verir ki, QR Bələdçi su xidmətləri üzrə zəruri məlumat və xidmətləri vahid platformada birləşdirən, vətəndaşların müvafiq xidmətlərə rahat və operativ çıxışını təmin edən yeni rəqəmsal həlldir.
Platformada Agentliyin müvafiq qurumlarının göstərdiyi xidmətlər, müraciət qaydaları və vətəndaşlar üçün faydalı məlumatlar sistemli və aydın formada təqdim olunur.
Platformanın əsas üstünlüklərindən biri xidmət və məlumatların ərazi üzrə uyğunlaşdırılmasıdır. İstifadəçi QR kodu oxudaraq müvafiq şəhər və yaxud rayonu seçir. Seçim əsasında həmin əraziyə xidmət göstərən qurum müəyyən edilir və müvafiq xidmətlər istifadəçi üçün əlçatan olur.
QR Bələdçinin analitik imkanları həmçinin istifadəçi davranışlarının təhlilinə və platformanın davamlı təkmilləşdirilməsinə imkan yaradır. Əldə olunan göstəricilər istifadəçi ehtiyaclarının daha dəqiq müəyyənləşdirilməsinə və davamlı təkmilləşdirilməsinə xidmət edir. Eyni zamanda, QR Bələdçinin funksionallığının mərhələli şəkildə genişləndirilməsi və gələcəkdə yeni funksiyaların əlavə olunması nəzərdə tutulur.
Yeni həll su xidmətləri üzrə vətəndaş təcrübəsinin təkmilləşdirilməsinə, zəruri xidmətlərə çıxışın sadələşdirilməsinə və rəqəmsal xidmətlərdən istifadənin daha çevik təşkilinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 25 Avqust 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















