Icma.az
close
up
RU
Adsız hekayə

Adsız hekayə

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Eldəniz QULİYEV
Kimsə, haradasa göyə bir güllə atdı...

*

İçimdə bir musiqi vardı...
Amma heç vaxt eşitmirdim onu, sadəcə, bilirdim ki, O var və eynən damarımda axan qan kimi, səssiz-səmirsiz axır...
Hansı alətdə çalındığını da bilmirdim; arfa idi, ya neydi? Bəlkə də elə hər ikisinin "qol-boyun" olmasından yaranmışdı - bilmirəm... Özüm eşitməsəm də, bilirdim ki, ürəyim eşidir ONU. Yoxsa, içimdə musiqi olduğunu hardan biləsiydim?..
Günlərin bir günü o musiqini kəsdilər... Amansızcasına. Çiliklədilər, boğdular...
İçimdə bir işıq da vardı - dəlisov bir işıq...
Onu da, nə görə bilirdim, nə də duya... Amma təsəvvür edirdim. Təsəvvür edirdim ki, daxilimdə həqiqətən bir işıq sayrışır - qaranlıqları öz canından süzüb aydınladan qəribə bir İŞIQ!.. Yəni belə olmasaydı, gözlərim nədən tez-tez alışıb yanırdı ki!..
Və bir gün o işığı da həmin o musiqi kimi...söndürdülər. Sanki qatı bir zülmətə yuvarlandım!.. Məkanın mövcud olmadığı, zamanın donduğu zil qaranlıq, intəhasız bir boşluğa...
Bir zamanlar içimdə körpə təbəssümü kimi bir sevgi də vardı...
Onu da görmürdüm, onu da eşitmirdim. Amma duyurdum. Bütün varlığımla duyurdum.
Və o sevgi həm də İlahi şeirə bənzəyirdi. Onunla nəfəs alırdım, yaşayırdım, sevinirdim, qanadlanıb uçurdum.
Xoşbəxt idim...
Amma kimsə, ya kimlərsə ona da əl uzatdı; nifrət qatdılar, əzab, iztirab səpdilər. Əritdilər, kiçiltdilər o məsum sevgini , - çarmıxa çəkdilər, dar ağacından asdılar... İndi o sevgidən təkcə qaysaq bağlamayan yara, ovunmayan göynərti qalıb...
Ağrıyır, yaman ağrıyır!..
Hərdən mənə elə gəlirdi ki, RUH dediyimiz sirli-sehrli "varlıq" qeyri-maddi olan üç dəyərin bir şəkilidi... Sevgi, işıq, musiqi!..
Axı nə üçün, nə səbəbə o ecazkar musiqini tellərindən, o sehrli işığı kirpiklərindən, o məsum sevgini təbəssümündən tutub da, yerə-göyə çırpdılar, sındırdılar, parça-parça elədilər?!... Necə qıydılar?.. Nə üçün? Nədən?! Anlamıram. Bağışlamıram!
...Və bir gün gördüm ki, artıq ruhum da ölüb...
Adamın ruhunun özündən əvvəl ölməsindən böyük faciə yox imiş, Allah!..
*
...Göy üzündə ləngər vura-vura bir quş lələyi uçurdu...
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri