Icma.az
close
up
RU
“Beseqon”: imperializmin elegiyası, sənətin adsız qəbri

“Beseqon”: imperializmin elegiyası, sənətin adsız qəbri

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Yaxud Nikita Mixalkovun “Viktor Hüqoluğu”

Hərdən bəzi gedişatları anlamaq, həqiqətən, çox çətindir. Məsələn, necə ola bilərdi ki, humanizm dəyərlərinin daşıyıcısı kimi tanınmış dahi Viktor Hüqo Fransanın Əlcəzairdəki qırğınlarının ideoloqu ampluasında çıxış etsin, vandallığa, barbarlığa, qətl və soyqırımlara bəraət qazandırsın? İnsanın ağlı almır. Hüqonun baxışları yaradıcılığın ifrat yaşantısı idimi, yoxsa maskaların cırılması? Suallar çoxdur, cavablar az.

Ümumən, sənət dünyasının avantürizm üçün alətə çevrilməsi mürəkkəb psixoloji hadisə kimi diqqət çəkməkdədir. Bu tendensiyaya, hətta, xəstəlik də demək mümkündür. Təəssüf ki, müasir dövrümüz belə xəstəlik təmayüllərindən sığortalanmayıb. Yazımızda həmin təmayüllərin kiçik bir elementinə diqqət yetirəcəyik. Hərçənd, mənfi qəhrəmanımız adi şəxs sayıla bilməz. Söhbət Rusiyanın tanınmış kino xadimi Nikita Mixalkovdan gedir. O Mixalkovdan ki, filmlərini sevə-sevə izləmiş, oynadığı rollara, yaratdığı obrazlara rəğbətimizi ifadə etmişik. İndi isə ifadə etdiyimiz heyrətdir.

Əlqərəz, cənab Mixalkov özünün “Besoqon” layihəsində görünməmiş həyasızlığı ilə də heyrətləndirməyi bacarıb. Onun bu “bacarığının” konkret tərəflərini ümumiləşdirib sonda nəticəyə gələcəyik. Ancaq əvvəlcə bir konkret məqamın üzərində dayanaraq deyək ki, Ulu öndər Heydər Əliyev respublikamıza rəhbərliyinin birinci dövründə azərbaycanlı gənclərin ümumittifaq miqyaslı nüfuzlu ali təhsil müəssisələrində oxumaları təşəbbüsünü qaldırmış və istəyinə nail olmuşdu. Nə üçün buna təşəbbüs deyirik, çünki Vətənimizin də tərkibində təmsil olunduğu keçmiş SSRİ-də xalqımızın nümayəndələrinə qarşı ayrıseçkilik var idi. Heydər Əliyev əzmi duruma qarşı bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də cəbhə açdı və uğur qazandı. Söhbət xalq və millət, onun gələcəyi naminə uğurdan gedir.

Ümummilli lider, faktiki olaraq, ədalətsizliyi aradan qaldırdı. Bu gün isə Nikita Mixalkov özünün “Besoqon”unda bildirir ki, hazırda Azərbaycan Rusiyaya qarşı çıxır və bu nankorluqdur. Sən demə, vaxtilə gənclərimizin keçmiş SSRİ-nin müxtəlif nüfuzlu təhsil müəssisələrinin qapılarını açmaları xalqımıza göstərilmiş böyük lütf imiş və bu lütfə görə indi Rusiyaya minnətdar olmalıymışıq.

Bu yerdə Nikita Mixalkovla Viktor Hüqo, həqiqətən, eyni ampluadadırlar. Əslində, birincinin dediyi də ikincininin “düşüncə məhsulunun” oxşarıdır. Mixalkova görə, azərbaycanlılar yüksək təhsil almalı deyilmişlər. Təhsilsiz xalq isə məhvə məhkumdur. Hüqo da əlcəzairliləri, böyük ölçüdə həm də təhsilsizləri qətlə yetirməyi haqq işi kimi görürdü. Deməli, keçmiş SSRİ dövründə xalqımız tamamilə məhv olmayıbsa, bizə böyük lütf göstərilibmiş. Sabah Mixalkov “Besoqon”unu belə bir sərsəmliyə kökləsə, qətiyyən təəccüblənmərik. Çünki adam özünü, loru dildə desək, dibə endirməkdən, prosesi bədii, estetik çalarlarla “zənginləşdirməkdən” zövq alır.

Cənab Mixalkovun efir həyasızlığı fonunda bəzi suallar yaranır. Birincisi, nə üçün bu adam indiki Rusiya ilə SSRİ arasında paralel aparır? Məgər Rusiya da ittifaqda təmsil olunan müttəfiq respublikalardan biri deyildimi? Görünür, təkcə bu qiyafədə deyilmiş… İkincisi, cənab Mixalkov, yəqin ki, tarixdən az-çox xəbərdardır. Hər ehtimala onun yadına bir vacib məqamı salaq. 1920-ci ildə müstəqil Azərbaycan Respublikasının varlığına son qoyan, Vətənimizi işğal edən Rusiya olmuşdu.

Bir sözlə, cənab Mixalkov düşünməlidir ki, Azərbaycan Rusiyanı deyil, Rusiya Azərbaycanı işğal etmiş, xalqımızı mütiləşdirməyə çalışmış, onun çoxəsrlik tarixinə, mədəniyyətinə xor baxmışdı. Nə qədər həyasız olasan ki, həqiqətləri heçə sayıb minnət qoyasan? Görünür, imperiyabaşlılar özləri üçün belə bir “ixtiyar” müəyyənləşdirmək sərbəstliyinə malikdirlər və duruma görə, əslində, təəccüblənmirik. Bir halda ki, Rusiya Prezidentinin beynəlxalq mədəniyyət məsələləri üzrə xüsusi nümayəndəsi statusunu daşıyan şəxs, yəni Mixail Şvidkoy adlı biri Azərbaycanda Rusiya mədəniyyət günləri tədbirlərinin ləğvini ölkəmizin mədəni mühitinin yoxsullaşması kimi qələmə verib cəfəngiyyata varırsa, cənab Mixalkovdan nə gözləyəsən?

Bəli, keçmiş SSRİ-nin müttəfiq respublikalarının, o cümlədən Azərbaycanın müstəqilliyi Rusiyanın imperiya təfəkkürlü “ziyalılarını” narahat edir. Onlar ölkəmizin suveren siyasət kursunu əsla qəbul etmirlər. Əvvəldə psixoloji xəstəlikdən əbəs yerə söz açmadıq. Mixalkov indiki halda bu xəstəliyin postkolonial təzahür formasının parlaq daşıyıcısıdır. Belələri üçün Azərbaycan və Rusiyanın müttəfiqlik bəyannaməsi yalnız kağız parçasıdır. Axı müttəfiqlik bərabərlər arasında olur. Rusiya isə nəinki ölkəmizi, ümumiyyətlə heç bir dövləti özü ilə bərabər səviyyədə görmür. Ona görə də məsələn, Ukraynada müharibə aqibəti ilə üzləşib. O müharibə ki, ona bataqlıq demək daha düzgündür. Həm də mixalkovların qəddar təfəkkürlərinin sayəsində Rusiya üçün belə bataqlıqların sayı kifayət qədərdir. Sadəcə, onların bir çoxu hələlik aktiv fazada deyillər. Ancaq bu gedişlə…

Bataqlıqların Rusiyanın məhv ssenarisi üçün platformaya çevrilməsi dramatizmi qaçılmazdır. Bir vaxtlar gözəl filmlər çəkən, klassik rus ədəbiyyatının ekranizasiyası ilə məşğul olan Mixalkovun rejissordan ideoloqa çevrilməsi dramatizmdəki miskin mənzərədir. Ona görə miskindir ki, bu şəxsin dilə gətirdikləri imperiyanı süni tənəffüs cihazına qoşmaqdan başqa bir şey deyil. Bir atalar misalımızda deyildiyi kimi, arım var ha, arım var, eşşək arısı. Halbuki, “Besogon” kimi “eşşək arılarına” heç bir ehtiyac yoxdur. Görəsən, Mixalkov arıların sancdıqdan sonra öldüklərini bilirmi?

Ölümdən və Ukraynadan söz düşmüşkən, Prezident İlham Əliyevin ukraynalı tanınmış jurnalist Qordonun sualını cavablandırararkən işğalla barışmamaq mesajını verməsi, bir çoxları kimi, Mixalkovun da kürkünə birə salıb. Bu, obrazlı desək, o qədər böyük birədir ki, kinorejissor 44 günlük müharibəni, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini, az qala, qəsbkarlıq kimi qiymətləndirir. Əslində, Mixalkov çox çürük bir ideyanı təlqin edir: Siz işğalçısınız, biz də həmçinin. Halbuki, onun müqayisəsi absurddur. Çünki ortada əlahəzrət beynəlxalq hüquq var.

Tam əmiliklə deyə bilərik ki, Azərbaycanın təkbaşına öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, regionda oyun qaydalarını müəyyənləşdirmiş, yeni düzən formalaşdırmış dövlətə çevirlməsi Mixalkov kimi sərsəm başlar üçün qorxulu yuxu və əsl kabusdur. Ona görə belələri ölkəmizin müstəqil geosiyasi qərar verməsini xəyanət prizmasından qiymətləndirirlər. Ancaq unudurlar ki, bütün mütərəqqi dəyərlərə tüpürərək xəyanət yolu tutan məhz özləridir.

Mixalkovlar Rusiyanın bəzi ictimai və intellektual dairələrində geniş yayılmış revanşist və etnosentrik düşüncə tərzinin səfeh obrazlarıdır. Onlar öz aləmlərində, mif yaradırlar. Bu mifə görə, Rusiya olmasaymış, nə Cənubi Qafqaz, nə Orta Asiya ölkələri olacaqmış. Bu adamlar XXI əsrdə yaşadıqlarının, dünyanın dəyişdiyinin fərqinə varmayan gerizəkalılar. Elə bilirlər ki, hərəkət və davranışları, fikir və düşüncələri ilə Rusiyaya xidmət edirlər. Halbuki, etdikləri ziyandan, rəzillikdən başqa bir şey deyil.

Sonda onu da deyək ki, Mixalkovun “Besoqon”u Rusiyanın imperialist baxışı üçün elegiyanı xatırladır. Axı imperiyalar da insanlar kimi, qocalır, zəifləyir və nəhayət çökürlər. Ancaq yaxşı insanlar ölümləri ilə əbədiyyət qazandıqları halda, imperiyalar özlərinin məhv aqibətləri ilə üfunət girdabına düşürlər. Onlar xatırlansalar da, bu xatırlanmada mütərəqqi mahiyyət yoxdur. Bu xatırlanma yalnız tarixin istinad məntiqi yükünü daşıyır, başqa heç nə. Mixalkov isə sənətkar kimi milyonların qəlbinə yol tapsa da, “Besoqon” onun sənət dünyasının adsız qəbiridir. Bizə təəssüflənməkdən başqa bir yol qalmır.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri