Icma.az
close
up
RU
ADU nun müasir dünyada yeri

ADU nun müasir dünyada yeri

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müxtəlif xarici dillərin öyrənilməsi fərdin dünya görüşünün genişlənməsinə, həmin dillərin daşıdığı tarixi, mədəni və sosial xüsusiyyətlərin mənimsənilməsinə şərait yaradır. Bu proses fərdi beynəlxalq mühitə inteqrasiya etməklə yanaşı, dillərarası kommunikasiya imkanlarını da genişləndirir. Bu baxımdan dil əsas kommunikasiya vasitəsi kimi çıxış edir.

Azərbaycan Dillər Universiteti (ADU) fəaliyyətə başladığı dövrdən etibarən ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biri kimi formalaşmış, hər dövrün tələblərinə uyğun inkişaf edərək nüfuzunu qoruyub saxlamışdır. Universitet qloballaşan cəmiyyətin ehtiyaclarına cavab verən müasir təhsil modeli əsasında yüksək ixtisaslı dil mütəxəssislərinin hazırlanmasına xidmət edib və bu xidməti yüksək səviyyədə davam etdirir.

Əvvəlki dövrlərdə məhdud sayda xarici dillərin tədrisi ilə fəaliyyətə başlayan Azərbaycan Dillər Universiteti, hazırda dil spektrini genişləndirərək beynəlxalq əməkdaşlığı gücləndirmiş və müxtəlif ölkələri təmsil edən mərkəzlər yaratmışdır. Tədrisini həyata keçirmək üçün xarici dillərin sayının artması qloballaşan dünyaya inteqrasiyanı sürətləndirməklə yanaşı, dilçilik sahəsində dərin elmi biliklərin əldə olunmasına və universitetin beynəlxalq akademik məkana daha sıx bağlanmasına şərait yaradır.

Azərbaycan Dillər Universitetində müasir dillərin tədrisi qabaqcıl tədris modelləri əsasında həyata keçirilir və bu yanaşma tələbələrdə analitik düşüncə ilə yanaşı, mədəniyyətlərarası ünsiyyət bacarıqlarının formalaşmasına xidmət edir. Nəticə etibarilə, məzunlar əmək bazarının tələblərinə uyğun hazırlıq səviyyəsi ilə fərqlənir və peşə fəaliyyətinə operativ şəkildə inteqrasiya olunurlar.

Azərbaycan Dillər Universitetində elmi potensialın gücləndirilməsi son illərdə mühüm inkişaf dinamikası ilə özünü göstərir. Yerli və beynəlxalq konfrans, forum və görüşlərin təşkili, həmçinin professor-müəllim heyətinin bu və ya digər platformalarda elmi-tədqiqat fəaliyyəti universitetin akademik uğurlarının əsas amillərindən biri kimi çıxış edir.

Odur ki, Azərbaycan Dillər Universiteti (ADU) son zamanlar beynəlxalq akademik mühitdə öz mövqeyini daha da nəzərə çarpacaq səviyyədə göstərir. “QS World University Rankings”in ən son nəticələrinə görə universitet “Müasir dillər” ixtisası üzrə 151-200 aralığında qərarlaşıb, “Linqvistika” sahəsində isə ilk dəfə olaraq 251-300 mövqeyinə yüksəlib. Bu göstəricilər ADU-nun həm elmi-tədqiqat fəaliyyətinin, həm də beynəlxalq elmi əməkdaşlıq imkanlarının fəal inkişaf etdiyini açıq şəkildə göstərir.

Unutmuruq ki, təhsil müəssilərinin böyük uğurları Ulu öndər Heydər Əliyevin vaxtilə təhsilə verdiyi dəyərdən irəli gəlir. O deyirdi: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır və xalq hər zaman öz ziyalıları, öz mədəniyəti, öz elmilə tanınır”.

Bu gün müasir Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev Ulu öndərin qoyduğu siyasəti dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirir və inkişaf etdirir.

Azərbaycan Dillər Universitetinin yeni uğurlar qazanması bir başa olaraq onun rəhbərinin adı ilə bağlıdır – Kamal Abdulla. Akademik Kamal Abdullanın universitetin inkişafı üçün həyata keçirdiyi islahatlar, beynəlxalq əməkdaşlıq çərçivəsində təşkil etdiyi görüşlər, konfranslar və forumlar yeni nailiyyətlərin qazanılmasına, elmi-tədris mühitinin keyfiyyətcə yüksəldilməsinə və ali təhsil müəssisəsinin qlobal akademik məkanda istiqamətinin müəyyənləşməsinə xidmət edir.

Aynur Budaqova

ADU-nun Filologiya fakültəsinin dekanı, fil.f.d., dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Aprel 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri