Icma.az
close
up
RU
Çiskinli havada təbəssüm

Çiskinli havada təbəssüm

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

17:00-da Bakıdan uçuş başladı. 5 saatdan sonra Sürix aeroportunda endik.

İsveçrə bizi çiskinli, meyxoş hava ilə qarşıladı.

Bakıda görüşə bilməyənlər burada bir araya gəlib hal-əhval tutdular.

AFFA rəhbərliyi qayğılı (bəlkə də yorğun) görünürdü, lakin Ayxan Abbasovun və məşqçi heyətinin ovqatı pozitiv idi. Millinin əksər oyunçuları da xoş əhval-ruhiyyədə idilər.

Milli komanda Sürixdən İsveçrənin Sent-Qallen şəhərinə yollandı. Biz isə Avstriyanın Dornbirn şəhərinə üz tutduq.

Lixtenşteynlə sərhəddə yerləşən bu şəhərə 2 saata yaxın yol gəldik.

Təxminən 7 saatını yolda keçirdiyimiz günün sonudur. Ətrafda sakitlik hökm sürür. Avropa işləyib, yorulub, indi dərin yuxudadır. Saat yerli vaxtla 22:45-dir, ancaq ictimai iaşə obyektlərinin heç biri açıq deyil.

Məskunlaşdığımız “Şeraton”da şam yeməyi ənənəvi çörək istəyimizlə müşayiət olundu. İllərdir Avropa bunu öyrənmədi ki, biz bir fal çörəklə kifayətlənən xalq deyilik. Hər dəfə təbəssümlə, “əlbəttə” deyən əməkdaşlar növbəti dəfə də  istəyimizə səbəb olacaq qədər çörək gətirirdilər süfrəyə.

***

Oyun günü Lixtenşteynə gedib, qayıdacağıq Sürixə. Oradan da Andorraya uçacağıq.

Qarşıdakı 7 gün 5 ölkə (İsveçrə, Avstriya, Lixtenşteyn, Andorra, İspaniya) və 2 oyun; mövzu və təəssürat bolluğu yaşanacaq.

“FutbolPress”i izləyin. İki cırtdan ölkə ilə oyun və ətrafı hərtərəfli işıqlandırılacaq.

Ümid edirik ki, Bakıdakı oyunda qeydə alınan “sülh qəzası”nın (1:1) əvəzi bu dəfə çıxılacaq.

Millətlər Liqası çərçivəsində oynayacağımız  Lixtenşteyn matçı qrupu lider kimi başa vurmaq baxımından həyati əhəmiyyət daşıyır.

***

Sürixdən Dornbirnə qədər yol işıqlandırılmamışdı. Bu hal mənə qəribə gəldi.

Avropanın ən bahalı ölkələrindən birində niyə belədir?

Qoy buraları bir az gəzim, araşdırım, bəlkə səbəbi tapdım. Sizinlə də bölüşəcəyəm. Gələn yazılaradək…

Elçin Cəlilov
Sürix (İsveçrə), Dornben (Avstriya)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 Noyabr 2026 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri