Icma.az
close
up
RU
ADY aprelin 1 dən şəhərətrafı istiqamətlər üzrə reyslərin sayını artırır

ADY aprelin 1 dən şəhərətrafı istiqamətlər üzrə reyslərin sayını artırır

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel 2025-ci il tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır. Belə ki, Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur.

"Unikal" xəbər verir ki, şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə ilk dəfə olaraq birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək. Bununla əlaqədar olaraq, Biləcəri stansiyasında 1 yeni turniket zalı və 1 yeni 550 mm-lik platforma sərnişinlərin istifadəsinə verilib, Xırdalan stansiyasında isə istifadədə olan turniket zalı genişləndirilib və mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb.

Yeni hərəkət cədvəlinə əsasən, Bakı–Pirşağı–Sumqayıt və Bakı–Xırdalan–Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və xüsusən günorta saatlarında qatarlararası interval azaldılır. Həmçinin sürət qatarlarının iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib.

İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılacaq. O cümlədən sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu isə işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir.

Eyni zamanda, Bakı–Xırdalan–Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb. Belə ki, bu vaxtadək saat 07:20-dan Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatacaq. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni FLİRT qatarı Bakıya 07:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaratmış olacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.

Şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılacaq.

Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılacaq.

Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY davamlı olaraq dəmiryol infrastrukturunu sağlamlaşdırır və hərəkətin təhlükəsizliyinə ciddi önəm verir. Yeni reyslərin optimallaşdırılması xüsusilə pik saatlarda sərnişinlərin rahat və vaxtında mənzil başına çatmasını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, ADY Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə ötən ilin aprel ayından Sumqayıt–Pirşağı sahəsində təmir işləri həyata keçirir. Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.

Həyata keçirilən bütün bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən 48-50 min nədərə qəfər artırmağa imkana verəcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Mart 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişi qadın münasibətində balansı necə qorumaq olar?

03 May 2025 06:35see160

Vens: Uoltsun istefasının Signal messenceri qalmaqalı ilə əlaqəsi yoxdur

02 May 2025 04:22see150

Microsoftun süni intellekt aləti Recall

02 May 2025 04:02see142

“Qalatasaray” Davinsona yeni müqavilə təklif edəcək

02 May 2025 10:21see130

Rubiodan İrana XƏBƏRDARLIQ: “Dayandırın…” KONKRET

02 May 2025 20:57see126

BMT maliyyə çatışmazlığı səbəbilə genişmiqyaslı islahatlara hazırlaşır

02 May 2025 04:36see125

Tramp bu kanalların maliyyəsini dayandırdı

02 May 2025 11:48see124

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see123

Dollar bu gün neçəyə satılacaq?

02 May 2025 09:32see122

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

02 May 2025 10:19see122

İki ildə göndərdiyi 6 məktubun heç birinə cavab vermədi

02 May 2025 10:02see121

Polşanın bir limanına 20 mindən çox NATO əsgəri gətirilib

02 May 2025 08:14see120

Afaq narıncıya büründü Fotolar

02 May 2025 09:41see117

Bakıda dərs vaxtı şagirdi döyüb qolunu sındırdılar FOTO

02 May 2025 09:13see117

Kəpəz də qalmaqal: Baş məşqçi komandanı meydana çıxartmaq istəmir

02 May 2025 11:57see116

Ali məktəblərə ərizə qəbulu: Artıb, ya azalıb?

02 May 2025 11:33see116

Koroğlu da nasaz avtomobilə görə bir neçə maşın qəza törətdi HADİSƏ ANI

02 May 2025 10:23see114

Türk dünyasının liderləri Avropada TOPLAŞIR

02 May 2025 13:01see113

Abituriyentlərin nəzərinə Bu qrup üzrə qəbul qaydası dəyişdi

02 May 2025 15:39see110

Okolie Milana keçə bilər

02 May 2025 13:02see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri